Icma.az
close
up
RU
COP29da “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənubcənub siyasi dialoqu” mövzusunda tədbir keçirilir AZƏRTAC

COP29da “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənubcənub siyasi dialoqu” mövzusunda tədbir keçirilir AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 noyabr, AZƏRTAC

Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” tədbiri başlayıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək tədbirin gündəliyinə yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçid üçün hamıya layiqli yaşıl iş yerlərinin inkişafının, dairəvi iqtisadiyyat yanaşmalarının təşviqi, bu sahədə təcrübə mübadilələrinin aparılması, Beynəlxalq Əmək Təşkilatının Təlimatlarının tətbiqi məsələlərinin müzakirəsi daxildir.

Müxtəlif ölkələrdən, BMT-dən və digər beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilərin iştirak etdiyi tədbirdə Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilə olan “Mazut Konstitusiyası”nın 120 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və təsirinin azaldılmasının yalnız birgə səylərlə mümkün olacağını bildirib. Nazir yaşıl iqtisadiyyata keçid dövründə əmək bazarı ilə bağlı çağırışlara uyğun olaraq ölkəmizdə görülən tədbirləri, həmçinin sosial müdafiə sisteminin gücləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. Dövlət sosial xidmətlərinin keyfiyyətinin daha da artırılması üçün nazirliyin xidmət sahələrində rəqəmsal həllərdən və süni intellektin üstünlüklərindən istifadə etdiyini, 160 xidmətin 90 faizindən çoxunun rəqəmsallaşdırdığını qeyd edib.

Həmçinin e-sosial portalının, “Əmək və Məşğulluq” altsisteminin və digər rəqəmsal alətlərin önəmini, rəqəmsal transformasiyanın sosial islahatların uğuru üçün vacibliyini və sosial müdafiə sisteminin daha çevik və dayanıqlı olmasına imkan verdiyini bildirib. O, Azərbaycanda aparılan sosial islahatları, təkcə son 6 ildə ölkədə 4 milyon insanı əhatə edən 4 sosial islahat paketinin icra edildiyini vurğulayıb. Qeyd edilən dövrdə 624 min işsiz və işaxtaran şəxsin münasib işlərlə təmin edildiyini, 35 min şəxsin peşə hazırlığına, 2700-dən çox insanın əmək haqqının birgə maliyyələşdirmə proqramına, 92 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu bildirib.

S.Babayev sosial-iqtisadi inkişaf və inklüziv cəmiyyətin formalaşması və ekoloji təmiz gələcəyin qurulmasında əməkdaşlıq, anlaşma və birgə səylərin tələb olunduğunu vurğulayıb.

Həmçinin, BMT İnkişaf Proqramının Baş katibinin köməkçisi, Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andres, BMT Avropa İqtisadi Komissiyasının icra katibinin müavini, BMT-nin Avropa və Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişikliyi Problemləri üzrə Koalisiyasının həmsədri Dmitri Mariyasin, BMT-nin İqlim Dəyişikliyi Təsirlərinin Azaldılması Departamentinin rəhbəri Ceyms Qrabert, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibinin müavini Erik Manzi, Beynəlxalq İşəgötürənlər Təşkilatının Asiya ölkələri üzrə vitse-prezidenti Sonya Janahinin çıxışları dinlənilib. Onlar yaşıl iş yerlərinin inkişaf etdirilməsinin, bu istiqamətdə fəaliyyətin təşviqinin yaşıl iqtisadiyyata keçid üçün vacibliyini vurğulayıblar.

Tədbir panel sessiyalarla, müvafiq sahələrdə təcrübələrin mübadiləsi ilə davam edib. Sessiyalarda BMT İnkişaf Proqramının mütəxəssisi Sanqji Li, Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinin şöbə müdiri Bermet Karabayeva, Mançester Universitetinin (Böyük Britaniya) professoru Yan Miles, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, Çinin Müəssisə Konfederasiyasının icraçı vitse-prezidenti və Baş katibi Zhu Hongren, AHİK sədrinin müşaviri Fuad Ələkbərov və digərləri çıxış ediblər.

Tədbir çərçivəsində inklüziv və genderə cavab verən və ədalətli keçidi hədəfləyən iqlim tədbirlərinin inteqrasiyasına dair təşkil olunan regional dəyirmi masada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Akmadi Sarbassov, Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin birinci müavini Muhtarbek Baymurzayev, Tacikistanın əmək, miqrasiya və məşğulluq nazirinin müavini Qiyomiddin Davlatzoda, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkan, Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Rano Turdiboeva, Serbiyanın Əmək Nazirliyinin müşaviri Jelena Vasiç, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramov və digərlərinin yaşıl iqtisadiyyata ədalətli keçid üçün həll yolları, gender bərabərliyinə və inklüzivliyə diqqətin artırılması ilə bağlı fikirləri dinlənilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov yaşıl iqtisadiyyata keçidin sürətli və uğurlu olmasının ilk növbədə biznesin dayanıqlılığından, ixtisaslı və peşəkar işçi qüvvəsinin potensialından və onun səmərəli idarə olunmasından, yeni sosial dəstək mexanizmlərinin işlənib hazırlanmasından asılı olacağını vurğulayıb.

Qeyd edək ki, “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” noyabrın 21-də də davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri