Tbilisidə mer seçkisinin qalibi elan edildi
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mərkəzi Seçki Komissiyası Tbilisinin hazırkı meri Kaxa Kaladzeni oktyabrın 4-də keçirilən seçkinin qalibi elan edib. Onun üçüncü səlahiyyət müddəti rəsmi olaraq oktyabrın 29-da başlayır.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Seçkilnin yekun nəticələrinə görə, Kaxa Kaladze 215 min 363 səs toplayıb və birinci turda 71,677 faiz səslə qalib gəlib.
Oktyabrın 4-də Tbilisidə keçirilən seçkilərdə 1 milyon 43 min 482 seçicidən ümumilikdə 324 min 798-i səs verib.
Tbilisinin məşvərət orqanı olan Sakrebuloya seçkilərə gəlincə, hakim partiya proporsional və majoritar seçkilər vasitəsilə 50 yerdən 45-ni qazanaraq çoxluğu təmin edib.

