Icma.az
close
up
RU
Ədəbiyyat Muzeyinin Aran filialı Əliağa Vahidin 130 illiyi münasibətilə ədəbi bədii tədbir keçirib

Ədəbiyyat Muzeyinin Aran filialı Əliağa Vahidin 130 illiyi münasibətilə ədəbi bədii tədbir keçirib

Icma.az, 525.az portalına istinadən məlumat verir.

13 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə Kürdəmir rayon Gənclər evində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qəzəlxan şair Əliağa Vahidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, mədəniyyət işçiləri, gənclər və poeziyasevərlər iştirak ediblər.

Ədəbi məclisi Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq böyük şairin Qızıl fondda qorunan öz ifasında səsləndirdiyi qəzəli təqdim edib və müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi Əliağa Vahidin Füzuli ənənələrinin layiqli davamçısı olmasından, qəzəllərinin poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilməsindən, onun qəzəllərinin müasir dövrümüzün muğam ifaçılığında xanəndələrin repertuarında mühüm yer tutmasından, onun məşhurlaşmasında dövrün məşhur qəzet və jurnallarında publisistik fəaliyyət göstərməsinin böyük əhəmiyyət kəsb etməsindən bəhs edib.

Rayon ziyalısı Namiq Ağayev mövzu ətrafında çıxış edərək Vahidin satira sahəsindəki yaradıcılığındakı ən orijinal xüsusiyyət “meyxana” adı ilə məşhur olan növə gətirdiyi yenilikdən, xalq arasında, toy və şənlik yığıncaqlarında, adətən  bədiyyə ya zarafat şəklində işlədilən meyxananın kəskin siyasi-ictimai məzmun qazanmasında, xalq yaradıcılığının və bir janr kimi formalaşmasında Vahidin müstəsna xidməti olmasından, Vahidin meyxananı ədəbi və ədəbli yazıya çevirməsindən söhbət açıb.

Tədbirdə monitor vasitəsilə iştirakçılara Əliağa Vahidin həyat və yaradıcılığına həsr olunmuş video materiallar, haqqında çəkilmiş “Qəzəlxan” filmindən epizodlar nümayiş etdirilib. Video materiallarda şairin həyat yolu, poeziyasının əsas mövzuları, ədəbi mühitlə əlaqələri və onun Azərbaycan qəzəl janrına gətirdiyi yeniliklər barədə maraqlı faktlar təqdim olunub.

Tədbirdə Kürdəmir rayon Qacar Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin şagirdi Əliağa Vahidin qəzəllərindən nümunələr səsləndirib, muğam ifaçıları Səfalı Əliyev, Respublika Muğam Müsabiqəsinin laureatı Sabir Hüseynov şairin qəzəl və təsniflərındən ibarət parçalar ifa ediblər.

Tədbir səmimi, ədəbi mühitdə davam etdi və iştirakçılar şairin yaradıcılığı ilə bağlı təəssüratlarını bölüşüblər.

Sonda bildirilib ki, Əliağa Vahidin zəngin bədii irsi bu gün də milli poeziyamızın qızıl səhifələrindən biri kimi dəyərləndirilir, onun qəzəlləri ədəbiyyatsevərlərin qəlbində yaşayır və yeni nəsillər üçün ilham mənbəyi olaraq qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Noyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri