Icma.az
close
up
RU
Söz dünyamızın Mir Cəlal yolu

Söz dünyamızın Mir Cəlal yolu

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Görkəmli yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayevin yurd sevgisi ilə mənalanmış ömür yolu, zəngin ədəbi-elmi yaradıcılığı və mükəmməl pedaqoji fəaliyyəti xalqa xidmətin bənzərsiz örnəklərindən biri kimi zaman keçdikcə daha böyük önəm daşıyır, dərin və əhatəli araşdırmalarla mükəmməlləşir.

Unudulmaz ədibin soy-kök şəcərəsi, mənsub olduğu ailənin kimliyi yaşadığı dövrün siyasi-ideoloji yasaqları şəraitində əhatəli öyrənilməyib, oxuculara bitkinliyi ilə çatdırılmayıb. Xalqa dəyərli övladlar bəxş etmiş Mir Cəlal ailəsinin yetirmələri də cəmiyyətə yetərincə tanıdılmayıb.

Tədqiqatçı-jurnalist Dəyanət Səlimxanlının böyük söz ustasının dünyaya göz açdığı Güney Azərbaycanda və nümunəvi bir ailə qurduğu ölkəmizdə apardığı 5 illik axtarışların nəticəsi olaraq ərsəyə gətirdiyi “Soy ağacı. Müqədəs yolun işıqlı davamı” kitabı bu baxımdan bir sıra qaranlıq məqamlara aydınlıq gətirib, önəm daşıyan sualları cavablandırıb. Həyatı və yaradıcılığı ilə otaylı-butaylı Azərbaycanın mənəvi zənginlik timsalına çevrilmiş, ortaq sevgi qazanmış şəxsiyyətləri arasında şərəfli yer tutan Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü günündə bu dəyərli nəşrin müəllifi ilə müsahib olduq.

– Azərbaycanın uzun illər çoxsaylı filoloq, tarixçi və jurnalistlərinin sevimli müəllimi olmuş Mir Cəlalın bioqrafiyası zəngin olduğu kimi, həyat və fəaliyyəti də geniş öyrənilmişdir. Necə oldu ki, siz bu silsiləyə nəsə əlavə etmək üçün araşdırmalara başladınız?

– Doğrudan da, Mir Cəlal müəllimin həyatının Quzey Azərbaycanla bağlı dövrü, onun buradakı ədəbi-elmi və pedaqoji fəaliyyəti barədə xeyli dəyərli əsər yazılıb, qiymətli araşdırmalar aparılıb. Amma onun o tayda da, bu tayda da böyük hörmət və nüfuz qazanmış ailəsi, doğmaları barədə xalqımız bir çox önəmli məsələlərdən xəbərsiz idi. Mənim bu axtarışa başlamağıma səbəb isə 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə klassik yazıçıların əsərlərinin yeni qrafikalı əlifbamızla çap edildiyi dövrdə yaranan bir sual oldu: Mir Cəlal Paşayev harada anadan olub?

XX əsrin klassikləşmiş ədibi Mir Cəlal Paşayevin yeni çap edilmiş kitabını oxuyarkən görkəmli yazıçımızın təcümeyi-halında onun 1908-ci ildə Təbrizin Əndəbil kəndində anadan olmasını öyrəndim. O vaxta qədərki kitablarda, hətta ilk ensiklopediyamızda Ərdəbil görkəmli yazıçının doğum yeri kimi göstərilirdi. Məni maraq götürdü: Ərdəbil, yoxsa Əndəbil? Sonradan öyrəndim ki, yazıçı məhz Əndəbildə dünyaya göz açıb. “Əndəbil” sözü də yeni ədəbiyyata səbəbsiz salınmayıb.

Mir Cəlalın nəsil şəcərəsini dərindən öyrənmək üçün Güney Azərbaycana getməyi qərara aldım. 2009-cu ilin iyununda yazıçının bibisi oğlu Mir Rəsulla Təbrizə getdik. İlk olaraq Mir Cəlalın qohum-əqrəbasını soraqladım, Əndəbili arayıb-axtardım. Mir Rəsulun dostu Səidağa Əndəbil kəndinin Təbriz yaxınlığında olduğunu söylədi və bizi oraya apardı.

Əndəbil kəndində bizi yüksək hörmətlə qarşıladılar. Kənd sakinləri görkəmli yazıçının babalarının yaşadığı həyəti, evi bizə göstərdilər. Dedilər ki, Mir Cəlalın Mir Maqsud adlı bibisi nəvəsi Təbrizdə yaşayır. Təbrizə qayıdanda Mir Maqsudu axtarıb tapdıq. O dedi ki, Mir Cəlal dayım, həqiqətən, Əndəbildə doğulub, sonra Gəncəyə oxumağa gedib. Dayıoğlu Hafiz Paşayev 2005-ci ildə Güneyə gələndə 2 dəfə Əndəbildə oldu, ata yurdunu ziyarət etdi. Sonra Mir Maqsud bizi nəsillərinin tarixi ilə tanış elədi və söy-kök şəcərəsinin surətini bizə verdi.

– Kitabınızda bu şəcərədən əlavə, xeyli qiymətli sənəd və mənbələr də yer alıb. Onları necə əldə etdiniz?

– Bizə bildirdilər ki, nəslin 14 əsrlik tarixini öyrənmək üçün İranın dini-tarixi saxlanclarına getmək lazımdır. Beləliklə, ölkənin Qum Elm Hövzəsinə yola düşdük. Burada nəsəbşünaslıq elmləri doktoru Seyid Hüseynlə görüşdük. Şəcərəni göstərib, gəlişimizin məqsədini izah etdik. Alim bizə dedi ki, əlavə məlumat üçün xeyli vaxt lazım gələcək. Yaxşısı budur siz bizimlə əlaqə saxlayın.

Burada təhsil alan həmyerlimiz Rza Şükürbəyli ilə əlaqə yaratdıq. Beləliklə, 5 il ərzində Təbriz və Əndəbildən əlavə, Sofyan, Şəbüstşər, Urmiya və Tehranda da olduq. Qədim mənbələrə söykənən dəyərli faktlar və sənədlər əsasında şəcərəni tamamlayan xeyli material topladıq.

– Kitabınızda Əndəbillə bağlı oxucunu təsirləndirən maraqlı epizodlar var...

– Güney Azərbaycanda seyidlər kəndi kimi tanınan Əndəbilin tarixi 8 əsrə çatır. Oradakı qoç abidələri bu tarixin ayrı-ayrı dövrlərinin yadigarıdır. Mir Cəlalın babası Mir Məhəmməd (Paşa bəy), atası Mir Əliəşrəf, onun övladları Mir Xəlil, Mir Cəlil, yazıçının anası Fatimə haqqında xoş xatirələr indiyədək yaddaşlarda yaşayır. Mir Məhəmmədin mədrəsəsində ətraf kəndlərdən gələnlər də təhsil alıblar. Oğlu Mir Əliəşrəfin böyük dəyirmanı olub. Bu nəsil Əndəbil və onun ətrafında zənginliyi, xeyirxah əməlləri ilə tanınıb. Onlar imkansızlara, yetimlərə, şikəstlərə daim əl tutublar. Fatimə ana bişirdiyi çörəkdən və xörəklərdən mədrəsədə təhsil alanlara pay göndərərmiş.

Mir Cəlil Mir Xəlillə dəyirmanda üyüdülən unu kisələrə yığıb, ətraf kəndlərdə kasıb ailələrə paylayarmışlar. Onlar Miyandoabda şaha məxsus qənd fabrikini də idarə ediblər. Nəslin ulu nənəsi Şahsənəm isə şah nəslindən olub.

– Sən demə, Mir Cəlalın qardaşı Mir Xəlil Təbrizdə qurulmuş Milli Hökumətin rəhbəri Seyid Cəfər Pişəvərinin yaxın silahdaşlarından olub.

– Bəli, 1945–1946-cı illərdə Pişəvəri Mir Xəlili Sofiyandan Culfaya qədər fərmandar vəzifəsinə təyin edib və ona bir qara at da bağışlayıb. Milli Hökumətin bir illik fəaliyyəti dövründə Mir Xəlil onun qərarlarını yüksək səviyyədə həyata keçirib. O, Təbrizdə olan Güney ziyalıları ilə də sıx əlaqə saxlayıb.

– Mir Cəlalın daşıdığı Paşa soyadı kiminlə bağlıdır?

– Araşdırma zamanı yazıçının əmisi uşaqlarından Mir Həsən qeyd etdi ki, Mir Cəlalın babası Mir Məhəmməd Əndəbilin kəndxudası olub. O, xeyirxah, sərvətini kasıblarla bölüşən bir insan imiş. Mir Məhəmmədi görən kasıblar “Paşam gəldi, paşam gəldi” deyib üstünə qaçarmışlar. “Paşa” soyadı da buradan qaynaqlanıb. Bu gün də nəslin genində yaşayan xeyirxahlıq, alicənablıq bax buradan gəlir.

– Kitabda görkəmli yazıçımız Mir Cəlalın ötən dövrlərdə arxa planda qalmış insani keyfiyyətləri, ailəsi barədə çoxlarına məlum olmayan fakt və epizodları da oxucular maraqla qarşılayıblar.

– Mir Cəlalın milli ziyalı, realist yazıçı, dərin zəkalı alim, tələbələrinə övlad sevgisi ilə yanaşan müəllim olması, təlim və tərbiyə metodları, mərhəmət və və şəfqəti, səbr və dözümü, səhvləri bağışlaması, ailə sevgisi, övladlarının tərbiyəsinə diqqəti, qonşulara, qonağa xoş münasibəti söy-kökündən, ailə tərbiyəsindən gəldiyinə görə araşdırmalarım məni bu mövzuları da öyrənməyə həvəsləndirdi. Mir Cəlalın “Ömür-gün yoldaşım Püstəxanım və övladlarım mənim şah əsərimdir” sözləri onun müdrik ailə başçısı kimi necə nəcib şəxsiyyət olduğundan xəbər verir. Atası Mir Əliəşrəfin onu Gəncəyə təhsil arxasınca yola salarkən verdiyi nəsihət, söylədiyi müdrik kəlamları bu ailənin müqəddəs dəyərlərimizə sayğı və bağlılığının göstəricisi kimi kitaba əlavə etdim.

– Sevimli ədibimiz Mir Cəlal müəllimlə bağlı yurdumuzun Güneyində apardığınız axtarış və tapıntıları qısaca necə ifadə edərdiniz?

– Bunu kitabın sonunda belə yazmışam: Əndəbildə böyük bir tarix var – 14 əsrlik tarix. Əndəbildə bir yol var – Mir Cəlalı Azərbaycanın bu tayına gətirən işıqlı tale yolu!

– Maraqlı məlumata görə təşəkkür edirik.

Söhbəti apardı:
Tahir AYDINOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:335
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri