Icma.az
close
up
RU
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun davamlı inkişafına dair verdiyi tövsiyələrə uyğun olaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl və sistemli şəkildə həyata keçirir. Bu istiqamətdə tam şəffaflıq, obyektivlik və bərabərlik prinsiplərinə əsaslanan ixtisas imtahanlarının təşkili təmin edilib. Cari ilin noyabrın 20-dən etibarən yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 65 nəfər vəkilliyə namizəd üçün Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib.

Bu barədə AZƏRTAC-a VK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılması, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsi, habelə vəkil fəaliyyətinə dair etik və hüquqi tələblərin mənimsədilməsi məqsədi daşıyır.

Təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev vəkilliyə namizədləri təbrik edərək onlara uğurlar arzulayıb. Təlimin əhəmiyyətindən danışan rektor nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların mənimsənilməsinin vacibliyini dilə gətirib.

VK Rəyasət Heyətinin sədri Anar Bağırov yeni təlim mərhələsinin açılışında çıxış edərək diqqətə çatdırıb ki, bu proqram yalnız nəzəri biliklərin artırılmasına deyil, həm də peşə hazırlığının təkmilləşdirilməsinə, praktiki bacarıqların gücləndirilməsinə və beynəlxalq təcrübənin öyrənilməsinə hesablanıb. Təlim məzmunu müasir hüquqi çağırışlara adekvat şəkildə formalaşdırılıb və gələcək vəkillərin ədalət mühakiməsində rolunu daha da gücləndirmək məqsədi daşıyır.

Anar Bağırov vəkilliyə qəbul prosesinə dair detallı məlumat verərək qeyd edib ki, test mərhələsi kollegiya və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə geniş müşahidəçilik imkanları altında - yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəraitdə keçirilib. Şifahi mərhələdə isə obyektivliyin təmin olunması üçün videoyazı sisteminin tətbiqi və bütün namizədlərə eyni məzmunlu sualların təqdim edilməsi prinsipi əsasında prosesin dürüstlüyü qorunub.

Eyni zamanda, sədr çıxışında təlimlərin tematik istiqamətlərindən söz açaraq insan haqlarının müdafiəsi, vəkil etikası və digər aktual sahələr üzrə məşğələlərin nüfuzlu ekspertlərin iştirakı ilə keçirildiyini bildirib.

Sədr təlimə başlayan 65 namizəd arasında gender balansı və yaş dinamikasının müsbət olduğunu diqqətə çatdıraraq deyib ki, iştirakçıların 27-si qadın, 38-i isə kişidir. Namizədlərin 55 nəfəri, yəni 85 faizi 40 yaşadək olan şəxslərdir və bu göstərici vəkillik institutunun daha da gəncləşdiyini nümayiş etdirir. Sədr əlavə edib ki, təlim iştirakçılarının 90 faizi (58 nəfər) paytaxtdan, 10 faizi (7 nəfər) isə regionlardan müraciət edən şəxslərdir.

Anar Bağırov nitqində vəkillərin peşə fəaliyyətinin əsas prinsiplərinə də toxunaraq qeyd edib ki, hər bir vəkil peşə borcunu vicdanla yerinə yetirməli, etik davranış kodeksinə ciddi əməl etməli, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməli, qeyri-qanuni hərəkətlərə və qeyri-prosessual münasibətlərə yol verməməlidirlər.

Sədr xüsusi vurğulayıb ki, formal fəaliyyət və qeyri-prosessual davranışlar institutun nüfuzuna xələl gətirir və kollegiya bu cür hallara qarşı qətiyyətli mövqedədir.

Açılış mərasimi VK sədrinin “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş məruzəsi ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri