Icma.az
close
up
RU
ƏDLİYYƏ: insan və hüquq arasında körpü

ƏDLİYYƏ: insan və hüquq arasında körpü

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu körpünün bir başında vətəndaşın, digərində isə ədalətin taraz şəkildə dayanması cəmiyyətdə insanların bütün hüquqlarına hörmətlə yanaşılmasını, eyni zamanda vətəndaşın hüquqlarından düzgün istifadəsini, ümumilikdə vətəndaş cəmiyyətinin yaradılmasını və inkişafını göstərir. Vətəndaşla hüquq arasında əlaqələndirici orqanlardan biri olan Ədliyyə ilə dünyaya gələndən vəfat edənədək təmasda oluruq.

Həyata ilk vəsiqəmizi-doğum haqqında şəhadətnaməni onlar bizə təqdim edir, adlarımızı ilk olaraq onlar həmin sənədə yazırlar. Bəzən ad qoymaqda səhv yolda olan valideynlərə uşaqlarına doğru ad qoymaqla bağlı məsləhətlər verir, siyahı tərtib edib Azərbaycana məxsus adlardan istifadəni məsləhət görürlər.

Nikahımız da bu orqanlarda reallaşır. Onlar bizim bu önəmli günümüz üçün otaqlar da bəzəyir, nikahımızın yaddaqalan olması üçün nə lazımsa, edirlər. İstənilən vaxt istənilən bir sənədlə bağlı müraciətlərimizin vaxtında və lazımi şəkildə həllinə çalışırlar.

Ailələrimiz dağılmaq təhlükəsi qarşısında olan andan ədliyyə orqanları hər zaman bizim yanımızda olur. Məsləhətləri, tövsiyələri ilə ailələrin qorunmasına, ailə institutuna xələl gəlməməsinə çalışırlar. Boşanma hallarında məhkəmələr bizə aylarla vaxt verir ki, bəlkə bu zaman kəsiyində barışarıq, böyüklərin məsləhətlərinə qulaq asıb ailəmizi dağıtmarıq.

Onlar hər zaman uşaqlarımızın tərəfindədir. Onların hüquqlarını qoruyan ilk orqandır. Ailələrdə yaranana problemlər zamanı aliment məsələsi ilə uşaqların hüquqlarını müdafiə edirlər. Onların həyatı, rifah halı üçün bunu valideynlər qarşısında bir vəzifə borcu olaraq qoyurlar.

Beləliklə, doğumdan ölənədək biz hər zaman ədliyyə orqanları ilə əlaqədəyik və onlar ədalətin rəmzi olan tərəzinin bir tərəfində dayanmaqla, o biri tərəfini bizim xeyrimizə tarazlamağa çalışırlar.

***

Bu tarazlığın qorunması üçün dövlət tərəfindən hər zaman islahatlar həyata keçirilir, dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi diqqətdə saxlanılır. Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu istiqamətində səmərəliliyi daha da artırıb. Bütün bunlar isə ümumilikdə insanların rifahına, ədalət prinsipinə əsaslanan vətəndaş cəmiyyətinin yaranmasına xidmət edir.

Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ədliyyə və məhkəmə sahəsində işin çeviklik və dəqiqlik prinsipi əsasında qurulmasına şərait yaradıb. “Elektron hökumət”, “Elektron notariat” “Mobil notariat”, “Elektron icra”, “Elektron məhkəmə” kimi yeni sistemlər ədliyyə orqanlarının fəaliyyətində yeniliyin müşahidə olunması ilə nəticələnib.

“Elektron hökumət” sisteminin fəal iştirakçısı olan ədliyyə orqanları tərəfindən vətəndaşlara 35-dək müxtəlif elektron xidmətlər göstərilir. Bu xidmətlərdən isə vətəndaşlar yetərincə istifadə edir.

“Elektron notariat” innovasiyaların tətbiqi üçün geniş imkanlar açıb. Həmçinin rəqəmsallaşdırmanın yeni mərhələsi olaraq “Mobil notariat” tətbiqi yaradılıb ki, vətəndaşlar bununla notariat ofisinə getmədən, videoəlaqə vasitəsilə, o cümlədən xaricdən müxtəlif notariat hərəkətlərini rəsmiləşdirmək imkanına malikdirlər.

Bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaşların bələdiyyələrə əlçatanlığının təmin olunması, vergi, sığorta, aliment və digər borclar üzrə məhkəmə qərarlarının çevik icrası, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin (elektron qolbaqlar) tətbiqi, məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün proseslər yeni texnologiyalar vasitəsilə həyata keçirilir ki, bu da nəticə etibarilə vətəndaşla işin səmərəliliyini artırır.

Ədliyyə orqanları ilə “ASAN xidmət” və DOST mərkəzlərinin birgə fəaliyyəti vətəndaşların dövlət orqanlarına əlçatanlığının artırılması, bu sahədə şəffaflığın təmin edilməsi və eyni zamanda, xidmətlərdən vahid məkandan yararlanması üçün geniş imkanlar yaradıb.

Dövlətimizin şəhid ailələrinə yüksək diqqət və qayğı çağırışlarına qoşulan notariuslar var ki, yüksək vətəndaş mövqeyi və sosial məsuliyyət nümayiş etdirərək şəhid ailələrinə öz hesablarına xidmət göstərirlər.

Yaranmasından 106 il ötən ədliyyə orqanları Ümummilli Liderimiz Heydər Əliyevin daim diqqətdə saxladığı sahələrdən biri idi. Onun 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabrın Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilməsi də bunun bariz nümunəsidir. Artıq 24 ildir ki, 22 noyabr hər il ədliyyə və məhkəmədə sistemində çalışanlar tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Biz də ədliyyə işçilərinə, “bayramınız mübarək”,- deyirik və ədalət körpüsünün daim taraz dayanması yolunda uğurlar arzulayırıq.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri