Icma.az
close
up
RU
Ədliyyə naziri Şirvana gedir. Qəbula düşmək istəyənlərin nəzərinə!

Ədliyyə naziri Şirvana gedir. Qəbula düşmək istəyənlərin nəzərinə!

Ədliyyə naziri Fərid Əhmədov 14 fevral 2025-ci il tarixində Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərini qəbul edəcək.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidir:

"Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 fevral tarixinədək Şirvan regional ədliyyə idarəsinə (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, əlaqə telefonu: +994 21-215-60-23) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər. Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları var. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək".

AzNews.az

seeBaxış sayı:70
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri