Icma.az
close
up
RU
Ədliyyə nazirinin müavini: Rəqəmsallaşma icra prosesində əsas problemləri aradan qaldırır

Ədliyyə nazirinin müavini: Rəqəmsallaşma icra prosesində əsas problemləri aradan qaldırır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 fevral, Səbinə Əlizadə, Nailə Həsənova, foto Azər İbrahimov, AZƏRTAC

Məhkəmə qərarlarının vaxtında və səmərəli icrası ədalət mühakiməsinin əsas tərkib hissəsidir və bu sahədə rəqəmsallaşma ilə süni intellekt texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Azərbaycan Hakimlərinin II Forumunda çərçivəsində keçirilən "Rəqəmsallaşma və süni intellektin tətbiqi imkanları" adlı panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ənənəvi icra prosesində icra növbələrinin uzanması, borcluların aktivlərinin müəyyənləşdirilməsində çətinliklər, qurumlararası koordinasiyanın zəifliyi və statistik uyğunsuzluqlar mövcud olub. Rəqəmsallaşdırılmış icra mexanizmləri bu problemlərin aradan qaldırılmasına imkan verib.

Nazir müavini qeyd edib ki, elektron icra informasiya sistemi vasitəsilə qərarların icrası sürətlənib, məlumat mübadiləsi operativləşib və şəffaflıq təmin olunub. 2025-ci ilin mayında qüvvəyə minmiş qanunvericilik dəyişiklikləri isə icra sənədlərinin yalnız elektron qaydada qəbulunu və icra prosesinin tam rəqəmsal əsasda aparılmasını mümkün edib.

Toğrul Hüseynov deyib ki, borclu şəxslərin ölkədən çıxışına məhdudiyyətlərin tətbiqi və aradan qaldırılması elektron sistemlər üzərindən həyata keçirilir, bu barədə şəxslərə SMS bildirişlər göndərilir.

Çıxışda, həmçinin elektron hərrac mexanizmlərinin genişləndirilməsinin iştirakçı sayını artırdığı və borclunun əmlakının daha ədalətli bazar dəyəri ilə satışına şərait yaratdığı vurğulanıb.

Nazir müavininin sözlərinə görə, bu islahatlar icra prosesində çevikliyi artırmaqla yanaşı, vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarını da genişləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri