Ədliyyə Nazirliyində Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
15 yanvar 2026-cı ildə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Abiddin Hüseynov ölkəmizdə səfərdə olan Qırğız Respublikasının ədliyyə nazirinin müavini Orozbek Sıdıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan və Qırğızıstan Respublikası arasında dostluq münasibətlərinin qədim tarixi, mədəni və dini bağlara əsaslandığı, bu xüsusun ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub. Həmçinin vurğulanıb ki, iki ölkə arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində faydalı əməkdaşlıq münasibətləri mövcuddur.
Bildirilib ki, ikitərəfli münasibətlər hüquq və ədliyyə istiqamətində də dinamik inkişaf edib, bu çərçivədə təcrübə mübadiləsi, qarşılıqlı səfərlər və müvafiq məsləhətləşmələr keçirilib. Notariat, penitensiar və probasiya sahələri, eləcə də ədliyyə sahəsində rəqəmsallaşma istiqamətində əməkdaşlığın və təcrübə mübadiləsinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.
Görüşün sonunda tərəflər səfərin ikitərəfli münasibətlərin daha da inkişafına, əməkdaşlığın dərinləşdirilməsinə və gələcəkdə konkret nəticələrin əldə olunmasına şərait yaradacağına əminliklərini ifadə ediblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Belarus nümayəndə heyəti Ədliyyə Nazirliyində olub
26 Aprel 2025 11:57
Tacikistan heyəti Ədliyyə Nazirliyində
15 Oktyabr 2025 08:59
Qırğız nümayəndə heyəti “ASAN
29 Noyabr 2024 17:18
Ədliyyə Nazirliyində təyinat olub
04 Dekabr 2024 14:21
Qırğız Respublikasının Prezidenti Azərbaycana gəlib
11 Noyabr 2024 21:56
Baxış sayı:54
Bu xəbər 15 Yanvar 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















