Ədliyyə Nazirliyinin nümayəndəsi: Bələdiyyələrdə yaradılan gender komissiyalarının bir çoxu formal xarakter daşıyır
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bələdiyyələrdə yaradılmış gender komissiyalarında çatışmazlıqlar var.
"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin məsləhətçisi Fəridə Hacıyeva “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bəzi bələdiyyələrdə olan gender komissiyaları formal xarakter daşıyır:
"Artıq bütün bələdiyyələrdə gender komissiyaları yaradılıb. Lakin həmin komissiyaların bir çoxu formal xarakter daşıyır. Bələdiyyə yerli özünü idarəetmə qurumu olaraq birbaşa əhali ilə əlaqəyə girməlidir. Lakin bu həmişə belə olmur".
F.Hacıyeva bildirib ki, bələdiyyələrin risk qrupu ailələrlə görüşlərin keçirilməsi və maarifləndirmə tədbirlərinin təşkili olduqca müsbət nəticə verər:
"Keçirdiyimiz monitorinqlər nəticəsində gender komissiyalarının bu istiqamətdə naliyyətlərinə şahid olmuşuq. Sözügedən tədbirlərin sayının çoxalması üçün dəstək göstərməyə hazırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Dekabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















