Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirilib AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda namizədlərə 100 test tapşırığı təqdim olunub. Onlardan 80 tapşırıq qanunvericilik üzrə bilik və bacarıqları, 20 tapşırıq isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Qanunvericiliyə aid tapşırıqlar üzrə hər düzgün cavab 1, məntiq üzrə isə 0.5 bal hesabı ilə nəzərə alınır. Toplanıla bilən maksimal bal 90-a bərabərdir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahan vermək üçün namizədliyi qeydə alınmış 185 nəfərdən 2-si imtahana gəlməyib. 55 və dаhа çох bаl tоplаmış 116 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası dekabrın 3-4-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.
Baxış sayı:136
Bu xəbər 01 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















