Icma.az
close
up
RU
“EducationUSA Məzun Sərgisi”: ABŞ universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadır

“EducationUSA Məzun Sərgisi”: ABŞ universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 may, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası (EducationUSA) ilə birgə mayın 17-də “EducationUSA Məzun Sərgisi” keçirib. Sərgi Azərbaycanın orta məktəb və ali təhsil müəssisələrinin tələbələri, eləcə də onların valideynləri üçün mühüm informasiya platformasıdır.

AZƏRTAC xəbər verir ki, sərgidə 30-dan çox məzun və səfirliyin nümayəndələri iştirak ediblər. Ziyarətçilərə ABŞ-da ali təhsil imkanları və mövcud mübadilə proqramları haqqında məlumat verilib. Tədbirdə ABŞ səfirliyinin təqaüd və mübadilə proqramları ilə yanaşı, universitet məzunlarının təmsil etdiyi müxtəlif ixtisaslar, o cümlədən elm, incəsənət, biznes, ictimai siyasət və digər akademik sahələr barədə ətraflı təqdimatlar olub.

Tədbirin əsas məqsədi ABŞ-da bakalavr, magistratura və digər təhsil səviyyələri üzrə mövcud imkanlar barədə məlumatlılığı artırmaq, tələbə vizaları ilə bağlı prosesi izah etmək və bu sahədə maraqlı olan şəxslərə dəstək göstərməkdir. Sərgidə ABŞ səfirliyinin konsulluq nümayəndələri də iştirak ediblər və viza prosedurları barədə ziyarətçiləri məlumatlandırıblar.

Sərginin rəsmi açılışını ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Guevara edib. O bildirib ki, ABŞ-nin Bakıdakı səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə Birləşmiş Ştatlarda təhsil almağa maraq göstərən orta məktəb və universitet tələbələri, eləcə də onların valideynləri üçün “EducationUSA Məzun Sərgisi”nin keçirilməsini unikal fürsət kimi qiymətləndirir: “EducationUSA proqramı geniş miqyasda həyata keçirilir və bu, Azərbaycanda ABŞ-da təhsilə marağın artdığını göstərir. Tədbirin uğurla reallaşmasında mühüm rol oynayan “American Councils” təşkilatının əməkdaşları təşəkkürümüzü bildiririk, çünki onların fədakar əməyi bu təşəbbüsün uğurla həyata keçirilməsində həlledici olub. Səfirlik əməkdaşları və onların ailə üzvləri də sərgidə könüllü olaraq iştirak edərək öz universitetlərini təmsil edirlər. Ali təhsilə hazırlıq prosesi həm sevindirici, həm də müəyyən mənada gərgin ola bilər. Bu prosesin yaratdığı həyəcanı və çağırışları dərindən anlayıram. Həm yeni başlayanların, həm də artıq bu yolda uğur qazananların əzmini və nailiyyətlərini yüksək dəyərləndirirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri