Icma.az
close
up
RU
ƏDV güzəştlərinin ləğvi bir avtomobil üçün 2000 5000 manat artım yaradacaq Elməddin Muradlı

ƏDV güzəştlərinin ləğvi bir avtomobil üçün 2000 5000 manat artım yaradacaq Elməddin Muradlı

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin yanvarından vergi güzəştlərinin ləğvi xəbəri bazarda xüsusilə hibrid avtomobillərdə qiymət artımına səbəb olub.

Güzəştlərin ləğvi hibrid avtomobil satışlarına necə təsir edəcək?

Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, artıq bu proses baş verib və bəzi avtomobil modellərində təxminən 2000 manat civarında qiymət artımı müşahidə olunur:

"Təəssüf ki, Azərbaycanda avtomobil bazarını tənzimləyən hər hansı dövlət qurumu yoxdur və nəticədə bazarda əsas rolu avtomobil alverçiləri, yəni dəllallar oynayır. Onlar istədikləri kimi qiymətləri müəyyənləşdirirlər. Maraqlıdır ki, hibrid avtomobillərlə bağlı ƏDV-dən azadolma güzəştləri gələn ilin yanvarından qüvvəyə minməlidir, lakin alverçilər artıq son bir həftə ərzində qiymətləri qaldırıblar. Bu, özbaşına və qeyri-peşəkar davranış kimi qiymətləndirilə bilər. Bununla belə, müəyyən mənada bu proses bazarın təbii reaksiyasıdır, çünki vergi siyasətindəki dəyişikliklər avtomobil qiymətlərinə birbaşa təsir göstərir. Hibrid və “plug-in” hibrid modellərdə qiymət artımı xüsusilə nəzərə çarpacaq. Vergi güzəştləri ləğv olunduqda bir avtomobil üçün ƏDV təxminən 2000–5000 manat arasında dəyişə bilər. Müxtəlif modellərin və qiymət kateqoriyalarının nəzərə alınması ilə bu artım daha da fərqlənə bilər".

Müsahibimizin fikrincə, dövlətin son üç il ərzində tətbiq etdiyi vergi güzəştləri mühüm təşəbbüs idi və buna görə təşəkkür edilməlidir:

"Bu qərarın məqsədi ölkənin avtomobil parkını yeniləmək, köhnə avtomobillərin sayını azaltmaq və daha ekoloji, müasir nəqliyyat vasitələrinin gətirilməsini təşviq etmək idi. Lakin təəssüf ki, gözlənildiyi kimi köhnə avtomobillər dövriyyədən çıxarılmadı. Əvəzində yeni avtomobillər gətirildi və nəticədə son üç il ərzində avtomobillərin ümumi sayı 1 milyon 500 mindən 1 milyon 950 minə yüksəldi. Beləliklə, təxminən 450 min yeni avtomobil ölkə ərazisinə daxil olub və hazırda aktiv şəkildə istismar olunur", - deyə Elməddin Muradlı qeyd etdi. 

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Oktyabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri