Icma.az
close
up
RU
ƏƏSMN anım gününə həsr olunmuş tədbir keçirib

ƏƏSMN anım gününə həsr olunmuş tədbir keçirib

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar nazirlikdə tədbir keçirilib.Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin hələ 1969-82-ci illərdə Azərbaycana rəhbərlik edərkən respublikamızın bütün sahələrdə dinamik inkişafını təmin etdiyini vurğulayıb. Qeyd olunub ki, xalqın çağırışı ilə 1993-cü ilin iyun ayında yenidən Azərbaycanın rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsi, bütün sahələri bürümüş ağır böhran, vətəndaş qarşıdurması, xaos və anarxiyadan xilas edib.Nazir müavini müasir müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasını təmin edən Ulu Öndər Heydər Əliyevin eyni zamanda ölkəmizin sosial inkişaf strategiyasını formalaşdırdığını diqqətə çatdırıb.Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində mühüm addımlar atılıb, sosial dövlət modelinin əsasları yaradılıb. 1995-2003-cü illərdə orta aylıq real əməkhaqqı 5,1 dəfə, orta aylıq nominal əməkhaqqı 6 dəfədən çox, pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə artıb. MDB-də ilk dəfə olaraq 1999-cu ildə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi və Demoqrafik İnkişaf Konsepsiyası, 2001-ci ildə “Məşğulluq haqqında” Qanun və s. qəbul edilib.Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı böyük perspektivlərə doğru aparan müdrik və uzaqgörən milli inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam etdirilir. 2003-cü ildən ötən dövrdə Azərbaycan iqtisadiyyatının dünyada rekord göstərici olaraq 4 dəfədən çox artması şəraitində sosial müdafiə və aktiv məşğulluq proqramları dəfələrlə genişlənib. Təkcə 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, həmin islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılıb, sosial ödənişlərdə ciddi artımlar edilib.2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qalibiyyət zirvəsinə yüksəlib. Ordumuz Vətən müharibəsində möhtəşəm tarixi Zəfər qazanıb və torpaqlarımızı Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edib.Tədbir Ümummilli Lider Heydər Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısından bəhs edən filmin nümayişi ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see303

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see277

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see277

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see266

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see260

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see254

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see246

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see240

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see236

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see231

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see226

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see225

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see222

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see212

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see211

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see204

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see197

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see194

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see186

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri