Icma.az
close
up
RU
ƏƏSMN nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni mərkəzi ilə tanış oldu FOTOLAR

ƏƏSMN nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni mərkəzi ilə tanış oldu FOTOLAR

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar

Globalinfo.az bildirir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdəki əlverişli mühitin həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə yaratdığı geniş imkanları, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb.

Bildirilib ki, sağlam və təhlükəsiz iş şəraitinin tam təmin olunması, ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir.

Tədbirdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar və layihələr, “Kurort” Turizm İnformasiya Mərkəzi, eləcə də yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərə dair qanun layihəsi üzərində iş aparıldığı diqqətə çatdırıb.

Görüşdə əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, məşğulluq, işçilərin rifahının yüksəldilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın daha da gücləndirilməsinin önəmi qeyd olunub. Bildirilib ki, sosial tərəfdaşlıq ildən-ilə təkmilləşir, Baş Kollektiv Sazişdə müasir çağırışlara və tələblərə uyğun müddəalar əksini tapır ki, bu da əmək hüquqlarının daha effektiv müdafiəsinə əlavə imkanlar yaradır.

Tədbirdə AHİK-in fəaliyyətindən bəhs edən videomaterial izlənilib, həmkarlar ittifaqları haqqında qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklərlə bağlı təqdimat edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Konfederasiyanın həyata keçirdiyi islahatları və yenilikləri yüksək qiymətləndirib, əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının rolunu vurğulayıb. Məşğulluq imkanlarının artırılması, əmək bazarı ilə bağlı görülən sistemli tədbirlər nəticəsində əmək müqavilələrinin sayının artdığını qeyd edən nazir həssas əhali qruplarının sosial müdafiəsinin daim diqqətdə saxlandığını qeyd edib.

Görüş zamanı sosial dialoqun, sivil tərəfdaşlığın inkişafının, Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəliklərə riayət olunmasının önəmi diqqətə çatdırılıb.

Sonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzi, həmçinin Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 May 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri