Icma.az
close
up
RU
Efir özbaşına buraxıla bilməz, efirə təsadüfi adamlar çıxa bilməz Ekspert

Efir özbaşına buraxıla bilməz, efirə təsadüfi adamlar çıxa bilməz Ekspert

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası tərəfindən bildirilib ki, Azərbaycanın televiziya məkanında teleaparıcıların ümumi normaları pozması halları artıb. 
Bu halların qarşısını almaq üçün nə etmək lazımdır?
Bununla bağlı media eksperti Azər Həsrət Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, televiziya kanallarında bəzi aparıcılar  milli-mənəvi dəyərləri ayaq altına atır:
“Onlar etik normaları davamlı şəkildə pozur, böyük-kiçik bilmədən çığıraraq, bağıraraq, hətta insanları, tamaşaçıları aşağılayaraq verilişlər aparırlar. Əlbəttə ki, bunun qarşısı alınmalıdır, buna bir dur deyən olmalıdır. Hər şeydən əvvəl televiziya kanallarının özləri, onların rəhbərliyi, efirə buraxdıqları aparıcıların tərbiyyəsi, əxlaqı ilə bağlı araşdırma aparmalıdırlar. Elə etmək lazımdır ki, təsadüfi adamlar efirə çıxmasın. Əgər televiziya kanallarının rəhbərləri bunu uyğun şəkildə etmirsə, Audiovizual Şura bu məsələ ilə məşğul olmalıdır. Daimi müşahidə aparmalı, belə hallar aşkar olunanda xəbərdarlıq, cərimə və s. tətbiq etməlidir. Yəni, efir öz başına buraxıla bilməz, efirə təsadüfi adamlar çıxa bilməz. Efirdə həddini və ədəbini bilməyən adamlar aparıcılıq edə bilməz, bunu anlamaq çətin olmamalıdır. Bəzən televiziyadan olan həmkarlarımız deyir ki, xüsusən də bu ucuz xalq arasında bozbaş dediyimiz verilişləri ona görə efirə veririk ki, çoxları ona baxır. Biz də bunun hesabına reklam gəlirləri əldə edirik, işçilərimizə əməkhaqqı veririk”.
Ekspert diqqətə çatdırıb ki, bu sadəcə olaraq məsələnin bir tərəfidir:
“Digər tərəfi odur ki, daha səviyyəli, daha ədəbli verilişlərlə də tamaşaçının könlündə taxt qurmaq olar və çoxlu pul da qazanmaq mümkündür. Bunun örnəkləri də yox deyil. Misal üçün, İTV-də"Ötən günlər" televiziya verilişi var. Çox gözəl verilişdir. Və burada bayağı heç nə yoxdur. Əksinə, çox yüksək səviyyəli intelektual bir verilişdir. Yəni, bu cür verilişlərin də baxanı həddən artıq çoxdur. Demək istədiyim odur ki, tamaşaçı qəlbini belə verilişlərlə də fəth etmək olar. Yəni, aşağı enmədən nisbətən yuxarı səviyyədə qalıb geniş auditoriya qazanmaq mümkündür. Aşağı enərək auditoriyanın yaxud da tamaşaçıların zövqünü korlamağa hesablanan verilişlər isə bir mənalı şəkildə efirdən yığışdırılmalıdır. Çünki o verilişlər yetişməkdə olan nəslin həyat tərzini, xarakterini müəyyənləşdirir. Bizə o cür həyat tərzinə, xarakterə sahib gələcək lazımdırmı? Təbii ki, lazım deyil. Ona görə də Audiovizual Şura ciddi tədbirlər görməlidir. Digər tərəfdən də televiziya kanallarının maddi bazasının möhkəmləndirilməsi üçün dövlət, düşünürəm ki, əlavə maliyyə də ayırmalıdır. Çünki televiziya kanallarının rəhbərləri, yaxud da ki, onların vəzifəli şəxsləri bir qayda olaraq maliyyə azlığından şikayətlənirlər və məcbur qalıb belə verilişləri efirə buraxdıqlarını deyirlər. O bəhanələri kəsmək üçün dövlət hər halda müəyyən məbləğdə maddi yardım etməlidir ki, televiziya kanalları heç olmasa bir keçid dövrü üçün ayaqda dura bilsinlər, özlərini toparlasınlar və normal televiziya fəaliyyəti göstərməyə alışa bilsinlər”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Aprel 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri