Icma.az
close
up
RU
Efirə gələndə məni sənətkar kimi təqdim edin deyə tapşırırlar

Efirə gələndə məni sənətkar kimi təqdim edin deyə tapşırırlar

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bu gün sponsorlar internetdə məşhurlaşan, kompüter vasitəsi ilə səslərini dəyişənlər üçün konsertlər təşkil edirlər.

Bunun səbəbi informasiya axını, sosial şəbəkələr, yutub kanalıdır. Bu vasitələrlə dinləyicinin beynini, qulağını belə musiqi ilə doldururlar. Bununla da özlərinə qarşı tələb yaradırlar. Bu gün onu dinləyən 15-20 yaş arası dinləyici 10 il sonra bunu özünə töhmət edəcək. Özünə sual verəcək ki, bunu necə etmişəm? Özüm şahid olmuşam ki, vaxt gəlib həmin mahnıya qulaq asmağı özünə təhqir sayıb. İndi fərli mahnılar dinləyirlər. Gec olur, amma həmişə sənət qazanır. Müvəqqəti, bir neçə ay gündəmdə olan müğənnilər, musiqilər qazanmır. Onlar da teatr səhnəsinin dekorassiyaları kimi zaman-zaman dəyişirlər. Əsl sənətkar dəhnədir və hər zaman sevilir". 

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Geriyə baxanda" verilişində deyib. Sənətçi istər televiyada, istərsə də məclislərdə rastlaşdığı mənfi hərəkətlərinə görə bəzi müğənniləri pisləyib:

"Bu gün təəssəf ki, səhnədə "kəmiyyətlər" var. Efirə gələndə məni "sənətkar" kimi təqdim edin, "filankəslə çıxım", "məni bu cür təqdim et" deyə, tapşırırlar. Təəssüf ki, bu, telekanalarda böyük vüsət alıb. İçəri girəndə heç ayağa da durmaq istəmirlər. Çox təəssüflə qeyd etmək istəyirəm ki, el şənliklərində də bu hal yaşanır.

Bu yaxınlarda məclisə dəvət aldım. Müğənni və musiqiçilərə yer olmadığına görə məni başqa bir otağa dəvət etdilər. Digər müğənninin ansamblə da orada idi. Özü hələ gəlməmişdi. Basıb yemək yeyirdilər, yer olmadığına görə məni də ora apardılar. İnanın, içəri girdim, bilmirəm harada tərbiyə alıblar, evdə təlim-tərbiyə, böyük-kiçik yeri öyrədilməyib, belə tərbitəyəsizcəsinə heç kəs ayağa durmadı ki, bura kimsə daxil oldu.

Heç deyək sənətkar deyiləm, axı buraya bir müğənni, xanım daxil olub, bir ayağa durub, yer göstərək. Çox tərbiyəsiz şəkildə başlarını salıb yemək yeyirdilər. Kolidorda dayandım, amma oraya girmədim. Təəsüf edirəm ki, belə hallar var. Bilmirəm onları kim tərbiyə etməlidir. Təbii ki, evdən başlamalıdır hər şey. Belə hallar bu gün özünə müğənni deyən adamlarda da var. Onları təmizləmək və tərbiyə etmək lazımdır". 

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri