Əfqanıstanda kamikadze hücumu: nazir öldürüldü
Taliban hökumətinin qaçqınlar üzrə naziri Xəlil ər-Rəhman Həqqani Kabildə terror aktı nəticəsində öldürülüb.
Bu barədə “Ariana Nyus” məlumat yayıb.
Kanalın məlumatına görə, terrorçu-kamikadze nazirliyin Kabildəki binasına daxil olaraq özünü partladıb. Partlayış zamanı nazir də orda olub.
![see](https://icma.az/template/assets/see.png)