Əfqanıstanda qızların evlilik yaşı ləğv edildi?
Icma.az, Azpost saytına istinadən bildirir.
Əfqanıstan hakimiyyəti qızlar üçün minimum evlilik yaşının ləğvi ilə bağlı yayılan xəbərləri uydurma adlandırıb və təkzib edib.
Azpost.info-nun məlumatına görə, bunu ölkənin ali liderin mətbuat katibi Zəbihullah Mücahid “Ariana” xəbər portalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Ali Lider Heybətullah Axundzadə qızın razılığı olmadan evlənməsini qadağan edən fərman verib.
Mücahid qeyd edib ki, İslam qanunlarına qarşı çıxanların tənqidi yeni deyil və xüsusi diqqətə layiq deyil. O, həmçinin izah edib ki, yeni qanun məhdudiyyətsiz hüquqlar vermir, lakin ailə mübahisələrinin həllində məhkəmələrin işini sadələşdirmək üçün qəbul edilib.
21 mayda “The Times” qəzeti Əfqanıstan hakimiyyətinin qızlar üçün minimum evlilik yaşını ləğv etdiyini bildirib. İnsan haqları fəalı Huriyə Musadiqin sözlərinə görə, yeni qayda qızın yetkinlik yaşına çatdıqdan sonra evlənməsinə imkan verir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 May 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















