Icma.az
close
up
RU
Əfran İsmayılov: Ölkə futbolunun əfsanələri arasında keçirilən matçda yoldaşlıq qalib gəldi

Əfran İsmayılov: Ölkə futbolunun əfsanələri arasında keçirilən matçda yoldaşlıq qalib gəldi

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 20 may, AZƏRTAC

Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatına həsr olunan “Legend Cup”da yoldaşlıq və qardaşlıq qalib gəldi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda ölkə futbolunun əfsanələri arasında keçirilən matçda “Premyerliqa məşqçiləri” komandasının heyətində çıxış edən veteran yarımmüdafiəçi Əfran İsmayılov deyib.

Hazırda “Araz-Naxçıvan” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərən keçmiş futbolçu “Neftçi 2000-lər” komandası ilə gərgin, eyni zamanda maraqlı görüş keçirdiklərini bildirib: “3:2 hesabı ilə qalib gəldik. Qollardan birinin müəllifi özüm oldum. Açığı, oynaya biləcəyimi düşünmürdüm. Çünki dizimdə çarpaz bağlar qopduğu üçün ehtiyat edirdim. Əslində, əməliyyat olunmalı, futbol oynamamalıyam. Son dəfə 2 il bundan öncə minifutbol oynamışam və orada zədələndikdən sonra futbolla vidalaşmışam. Çox sağ olsunlar ki, həkimlərimiz dizimi bağladılar və mən də “Premyerliqa məşqçiləri” komandasının bir üzvü kimi çıxış etdim. Qarşılaşma veteranlar arasında təşkil olduğu üçün rahat şəkildə oynamaq olurdu”.

O, qarşılaşmanın keçirildiyi Milli Gimnastika Arenasında gözəl atmosferin olduğunu söyləyib: “Belə matçların tez-tez təşkil olunmasını istərdik. Həm bizə, həm də azarkeşlərə çox maraqlı olur. Yaxşı təşkilatçılığa görə Azərbaycan Minifutbol Federasiyasında təşəkkür edirəm. Bizim komandamızda demək olar ki, hamı Qurban Qurbanovun tələbəsi idi. Bu, çox xoş haldır. Rəqib kollektiv kifayət qədər güclü idi. Daha istəkli və çevik idilər. Çünki Rail Məlikov, Rəşad Sadiqov, Ruslan Abışov, Rəşad Abdullayev kimi gənc futbolçuları çox idi. Sevindirici haldır ki, rəqibin heyətindəki sürətli futbolçulara baxmayaraq, kubokun sahibi biz olduq”.

Qeyd edək ki, görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə “Premyerliqa məşqçiləri” 3:2 hesabı ilə sevinən tərəf olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri