Icma.az
close
up
RU
Əfran İsmayılov: Qarabağ Azərbaycan futbolunun yükünü belində daşıyır

Əfran İsmayılov: Qarabağ Azərbaycan futbolunun yükünü belində daşıyır

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"ın sabiq futbolçusu, 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsinin "Kopenhagen"ə qarşı görüşlərin iştirakçısı Əfran İsmayılov Apasport.az saytına müsahibə verib. 

- “Qarabağ” bu gün “Kopenhagen”lə qarşılaşacaq. Oyunöncəsi şansları necə dəyərləndirirsən? Kağız üzərində hansı komanda favorit görünür?
- Çətin oyun olacaq. “Kopenhagen” inkişafda olan komandalardan biridir. Sürətli, dinamik futbol oynayırlar, əks-hücuma yaxşı çıxırlar. “Bayer”lə oyunlarını da izləmişdim, çox yaxşı təsir bağışlamışdılar. Amma biz öz meydançamızda, gözəl stadionumuzda və azarkeşlərimizin qarşısında oynayırıq. İnanıram ki, “Qarabağ” yaxşı hazırlaşıb. Ən yaxşı oyunlarından birini göstərib qələbə qazanacaqlar.

- “Qarabağ”ın “Benfika” üzərindəki qələbəsindən sonra komandaya diqqət daha da artdı. Bu, Ağdam təmsilçisi üçün əlavə çətinlik yarada bilər? “Qarabağ” bu səviyyədə sabit çıxış edə biləcək?
- Əlbəttə, “Benfika” üzərindəki qələbədən sonra “Qarabağ”a maraq artdı. Bir tərəfdən tarix yazırıq, digər tərəfdən bütün rəqiblər artıq “Qarabağ”a xüsusi yanaşacaq. Hamı biləcək ki, bu komandaya qarşı qeyri-ciddi çıxmaq olmaz. Bu, çətinlik yaratsa da, əgər “Qarabağ” bu tempi saxlasa, çox yaxşı olar. Qurban Qurbanov kimi baş məşqçi var və hər şey onun nəzarətindədir. İnanıram ki, bu temp qorunacaq.

- Marko Yankoviçin zədəsi “Qarabağ”a nə dərəcədə təsir edəcək? Onun mövqeyində Kadi uğurlu ola bilər?
- Əlbəttə, Yankoviçin yoxluğu ciddi itki olacaq. “Qarabağ”da 1-2 əsas oyunçu var, onlardan biri də məhz odur. Həm müdafiədə, həm də hücumda çox faydalı futbolçudur. Amma əvəzedilməz oyunçu yoxdur. Komanda dəfələrlə göstərib ki, onun əvəzləyicisi var. İnanıram ki, Qurban müəllim bunu nəzərə alıb və meydana çıxacaq futbolçu nə etməli olduğunu yaxşı bilir. Əlindən gələni edəcək.

- Əgər “Qarabağ” “Kopenhagen”i də məğlub etsə, artıq pley-offa çıxmaq real görünəcək?
- Bu barədə danışmaq hələ tezdir. Qarşıda “Çelsi”, “Liverpul” və “Napoli” kimi güclü rəqiblərlə oyunlar var. Amma şans hər zaman olacaq. İnanıram ki, “Qarabağ” tarix üzərinə tarix yazacaq.

- 2017-ci ildə “Qarabağ” – “Kopenhagen” oyunlarında sən də iştirak etmisən. Həmin görüşləri necə xatırlayırsan? İndiki “Qarabağ” əvvəlkindən güclüdür?
- Bəli, yaxşı xatırlayıram. Bakıda 1:0 qalib gəldik, səfərdə isə 1:2 uduzduq. Qol fərqinə görə qrupa düşdük. O vaxt da “Kopenhagen” güclü idi. Amma o zaman “Qarabağ”a indiki kimi yanaşmırdılar, bir qədər yuxarıdan baxırdılar. Şükürlər olsun ki, qrupa vəsiqə qazandıq. İndi isə daha fərqli durumdadır. Çünki həm qrup mərhələsində qalibiyyət var, həm də davamını gətirmək imkanı. Arzum odur ki, “Qarabağ” üçün ən xeyirlisi olsun. Bu komanda Azərbaycan futbolunun yükünü belində daşıyır. Hamının gözü “Qarabağ”dadır. Dünyanın hər yerində azərbaycanlılar, türklər “Qarabağ”a azarkeşlik edir. Ona görə hamı bu komanda üçün dua edir.

Nazir müavini: Azərbaycanı tanıtmaq baxımından MDB Oyunları yaxşı ideyadır "Kəpəz" bu məşqçini gətirmək istəyir: Yenə xilaskar ola bilər Edqar Ədilxanov əməliyyat olunub III MDB Oyunları: Azərbaycan stend atıcılığında daha üç medal qazandı Braziliyalı yarımmüdafiəçi "Səbail"də - RƏSMİ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri