Əfsanəvi futbolçu Paolu Maldininin oğlu qəzaya düşdü
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
İtaliyanın "Milan" futbol klubunun əfsanəvi oyunçusu Paolo Maldininin "Kalyari"də çıxış edən 24 yaşlı oğlu Daniel Maldini yol-nəqliyyat hadisəsi törədib.
Moderator.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, futbolçunun idarə etdiyi avtomobil yol hərəkəti qaydalarını pozaraq yolayrıcında digər nəqliyyat vasitəsinə yol verməyib.
Toqquşma nəticəsində altı nəfər xəsarət alıb. Xəsarət alanlardan birinə tibbi yardım hadisə yerində göstərilib, digər beş nəfər isə xəstəxanaya çatdırılıb.
Bildirilib ki, Paolo Maldininin oğlu əlavə müayinədən keçməsi üçün xəstəxanaya "sarı kod"la (ciddi, lakin həyat üçün təhlükə yaratmayan vəziyyət) aparılıb.
Qeyd edək ki, dünən məhz Maldininin penaltidən vurduğu dəqiq zərbə "Kalyari"yə A Seriyası matçında "Atalanta" üzərində 2:1 hesabı ilə qələbə qazandırıb.
İnsidentlə bağlı futbolçunun özü və ya klub nümayəndələri tərəfindən hələlik rəsmi şərh verilməyib.
(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 13 Sentyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















