Icma.az
close
up
RU
Əfşar Süleymani: İran üçün xarici siyasətdə balans və diplomatik əlaqələri tənzimləmək həyati əhəmiyyət kəsb edir

Əfşar Süleymani: İran üçün xarici siyasətdə balans və diplomatik əlaqələri tənzimləmək həyati əhəmiyyət kəsb edir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib ki, əgər İran həqiqətən nüvə silahı yaratmaq istəsəydi, bunu çoxdan edərdi. Nüvə silahları beynəlxalq səviyyədə nəzarət edilən obyektlərdə deyil, gizli laboratoriyalarda hazırlanır. İslam Respublikasının nüvə bombası yaratmağa bir neçə gün qaldığını iddia edənlər Tehranı ən azı 15 il nüvə silahı əldə etməkdən uzaqlaşdırmağa hesablanmış nüvə danışıqlarını niyə alqışlamadılar?

BMT-nin Baş katibi Antonio Quterreş isə deyib ki, ümid edirəm ki, iranlılar nüvə silahı əldə etməkdən əl çəkəcəklərini birdəfəlik bəyan etməyin vacibliyini başa düşəcəklər. O həmçinin "Tehran bölgə ölkələri və ABŞ-la münasibətlərin normallaşdırılması üçün ilk addımı atmalıdır" - deyə bildirib. 


Sözügedən açıqlamaları "Sherg.az"a şərh edən İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib ki, görünür Zərif bəy o sözü deməklə Qərbin nüvə silahları ilə bağlı İrana təzyiqlərinin haqsız olduğunu ifadə etmək istəyib:


"İranın nüvə proqramı uzun illərdir beynəlxalq gündəmin əsas mövzularından biridir. Hətta BMT Təhlükəsizlik Şurasının 33-21 saylı qətnamə qəbul edib. Hazırda tətbiq edilən sanksiyalara görə İranın beynəlxalq iqtisadi əlaqələri ciddi şəkildə məhdudlaşıb. ABŞ və onun müttəfiqləri belə şəritdə Tehran üzərinə təzyiqləri artırmağa çalışırlar. İran isə nüvə proqramının tamamilə dinc məqsədlərə xidmət etdiyini bəyan edir. Rəsmi Tehran bildirir ki, onların hazırda 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatı var və bu proses beynəlxalq müşahidəçilərin gözü önündə baş verir. İran Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, nüvə silahı əldə etmək niyyətində deyil və MAQATE-nin nəzarəti çərçivəsində bütün fəaliyyətlərini şəffaf şəkildə təqdim edir. Lakin bəzi Qərb analitikləri və siyasətçiləri İranın potensial olaraq nüvə silahına yaxınlaşa biləcəyini iddia edirlər". 


Müsahib əlavə edib ki, İran daxilində bu məsələyə dair fərqli yanaşmalar var:

"Bəzi siyasi dairələr hesab edir ki, ABŞ-la birbaşa danışıqlar aparmaq faydalı olar, digərləri isə Vaşinqtona etibar etməyin təhlükəli olduğunu vurğulayır. Xüsusilə, Trampın yenidən hakimiyyətə gəlmək ehtimalı bu diskussiyaları daha da gücləndirib. Tramp administrasiyasının İranla yeni bir nüvə razılaşması əldə edib-etməyəcəyi hələ də qeyri-müəyyəndir. Mən hesab edirəm ki,  biz ABŞ ilə danışıqlar aparmalıyıq və bu danışıqlar təkcə nüvə məsələsi deyil, eyni zamanda İranın regional siyasəti, ballistik raket proqramı və digər geosiyasi məsələlər də müzakirə predmeti olmalıdır. Açığı beynəlxalq siyasi vəziyyət də İranın seçimlərini məhdudlaşdırır. Rusiya və Çin Tehrana bəzi siyasi və iqtisadi dəstəklər versələr də, onların bu mövzuda qəti və davamlı mövqeyi müşahidə olunmur. Buna görə də, İran üçün xarici siyasətdə balans yaratmaq və müxtəlif güclərlə diplomatik əlaqələri tənzimləmək həyati əhəmiyyət kəsb edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Yanvar 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri