Icma.az
close
up
RU
Əfv edilməyən Cahangir Hacıyev həbsdən BELƏ ÇIXA BİLƏR

Əfv edilməyən Cahangir Hacıyev həbsdən BELƏ ÇIXA BİLƏR

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əminə Hacıyeva qardaşının dövlətə sədaqətli olduğunu və  10 il cəza çəkdiyini əsas gətirərək, onun bağışlanmasını xahiş etmişdi - sabiq bankir mənimsədiyi vəsaiti dövlətə geri qaytarmayınca...

Son əfv sərəncamında 14 il Azərbaycanın ən böyük banklarından biri - Beynəlxalq Banka rəhbərlik etmiş  Cahangir Hacıyevin adı yenə olmadı.  C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. 2016-cı il oktyabrın 14-də 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ilin fevralında Bakı Apelyasiya Məhkəməsi onun cəza müddətini 3 ay azaldıb. Hacıyev günahını etiraf etməyib, müdafiəçiləri isə prosesi qərəzli adlandırıb. Mənimsənilmiş vəsaitin məbləği qeyri-rəsmi məlumatlara görə, 4 milyard manatdan çoxdur.

 “Mənim qardaşım 10 ildir ki, həbsdədir. Hər əfv öncəsi ümidlənirik ki, bəlkə bu dəfə azadlığa çıxar. Bu il də ümid edirik. Çünki Cahangir ona verilən 16 illik cəzanın 10 ilini çəkib. Bir insan üçün ömrünün 10 ilini həbsxanada keçirmək ağırdır”. Bunu bir neçə gün əvvəl Gununsesi.info-ya açıqlamasında C.Hacıyevin bacısı Əminə Hacıyeva deyib.

Qardaşının əfv olunması üçün ölkə başçısına müraciət etdiyini vurğulayan Ə.Hacıyeva bildirib ki, o, 10 ildir ailəsindən təcrid olunub: “Qardaşım 10 ildir ki, övladlarının üzünü görə bilmir. O, həbs olunanda oğlanları balaca idi. İndi ali təhsil alıblar. Həbsdə olduğu müddətdə səhhətində çoxsaylı problemlər yarandı. Qardaşım dövlətə, dövlətçiliyə hər zaman sədaqətli olub”.

Ötən ilin mayında, yəni əfv sərəncamı imzalanması ərəfəsində sabiq bankir “effektiv tibbi xidmətin olmamasına və saxlanma şəraitinə etiraz olaraq” 13 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası da keçirmişdi. Vəkilinin iddiasına görə, C.Hacıyev qalxanabənzər vəzinin xəstəliyindən, ürək aritmiyasından və hipertoniyadan əziyyət çəkir. Vəkil bildirmişdi ki, C.Hacıyev effektiv tibbi xidmət üçün şərait yaradılmasını və saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edib.

Məlumdur ki, onun ölkənin maliyyə bazarında əsas fiqurlardan birinə çevrilməsində ləğv edilmiş MTN-in sabiq rəisi generalı Eldar Mahmudovla əlaqələri də əsas rol oynayıb. Uzun illər yaxın münasibətdə olan Cahangir Hacıyev və Eldar Mahmudov bu əlaqələrini quda olmaqla daha da möhkəmləndirdilər. Lakin hər iki şəxsin “ulduzu eyni vaxtda söndü”. Eldar Mahmudovun gedişi ilə bankirin də dəmir barmaqlıqlar arxasındakı yolu göründü.

Hüquqşünaslara görə, C.Hacıyev azadlığa çıxmaq istəyirsə, bu ona təxminən indiki bazar qiymətləri ilə 6 milyard manatdan bir qədər artıq vəsaitə başa gələ bilər.  Yəni mənimsədiyi pulu faizi ilə dövlətə qaytardıqdan sonra azadlığa çıxması mümkün kimi görünür. Yeri gəlmişkən, bu ilin martında C.Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə olunan mülkləri satışa çıxarılıb. Məlumata görə, satışa çıxarılan əmlaklar Z.Hacıyevanın London Naytsbrikdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubudur. Hər iki mülk ümumilikdə 19,5 milyon funt-sterlinqə satışa çıxarılıb.

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Beynəlxalq Bankda baş verənlər təkcə dövlətin pulunun talanması deyil, eyni zamanda ölkədə bank sisteminə olan inamı ciddi zədələdi: “Cahangir Hacıyevin yüksəlişində təkcə bank sferasında bilik və bacarığı deyil, MTN-in sabiq rəhbəri Eldar Mahmudovla qohumluq əlaqələri dayanırdı. Buna görə də Eldar Mahmudovun "siyasi ulduzu" sönəndə, Hacıyevin də “toxunulmazlığı” aradan qalxdı. Və nəticədə, 2015-ci ildə o, çoxsaylı ittihamlarla həbs edildi. Cahangir Hacıyev 2016-cı ildə 16 il 6 ay azadlıqdan məhrumetmə cəzası alıb. O zamandan bəri vəkilləri və ailəsi onun səhhətində problemlər olduğunu, saxlanma şəraitinin ağır olduğunu bildirərək əfv üçün müraciətlər edir. Bacısı Əminə Hacıyeva isə qardaşının dövlətə sədaqətli olduğunu, artıq 10 il cəza çəkdiyini əsas gətirərək, onun bağışlanmasını xahiş edib. Cahangir Hacıyev azadlığa çıxmaq istəyirsə, mənimsədiyi vəsaiti dövlətə geri qaytarmalıdır".

Natiq Ələsgərov deyib ki, əfv humanizm aktıdır, lakin dövlətin milyardlıq  zərəri bərpa olunmadan, ictimai ədalət hissi də bərpa olunmur. Və bu səbəbdən cəmiyyət yalnız cəzanın müddətinə deyil, vəsaitin geri qaytarılıb-qaytarılmamasına baxaraq qiymət verir.  C.Hacıyev azadlığa çıxmaq istəyirsə, təkcə hüquqi deyil, məsuliyyətini də qəbul etməlidir.

Qeyd edək ki, sabiq bankirin həyat yoldaşı Zamirə Hacıyeva da beynəlxalq miqyasda korrupsiyanın simvoluna çevrilmiş adlardan biridir. Londonda 14 milyon funt sterlinqlik malikanəsi və Askotda qolf klubu artıq satışa çıxarılıb. Əgər bu satışlardan gələn vəsait Azərbaycan dövlətinə yönləndirilərsə, bu da C.Hacıyevin azadlığına gedən yolda ilk real addım ola bilər.  Azərbaycan cəmiyyəti son illərdə hüquqi ədalətin bərpasını tələb edən çoxsaylı halların şahidi olub. Və Cahangir Hacıyev məsələsi də bu kontekstdə mühüm sınaqdır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 May 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri