Əfv sərəncamı imzalanacaq? Komissiya üzvlərindən zidd fikirlər
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mart və ya may aylarında Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalana bilər".
Bunu Teleqraf.com-a açıqlamasında Əfv Komissiyanın üzvü Rəşad Məcid deyib.
O bildirib ki, hazırda iclasa hazırlıq gedir:
"Bir çox hallarda komissiyanın iclası yanvarda keçirilir. Amma 2025-ci ildə iclas olmayıb. Buna hazırlıq gedir. Bizə daxil olan müraciətlərə baxılacaq, yekun sənədlər ölkə başçısına təqdim olunacaq. Komissiya işini yekunlaşdırdıqdan sonra sərəncam imzalana bilər. Bu, adətən, mart və may aylarında olur. Bu il də güman ki, həmin dövrlərdə prezident tərəfindən sözügedən sərəncam imzalanacaq".
Əfv Komissiyanın digər üzvü Zahid Oruc isə Rəşad Məcidin fikirlərini təkzib edib:
"Hazırda iclasın keçiriləcəyinə dair məlumat yoxdur, hazırlıq da görülmür. Ümumiyyətlə, fikir söyləmək üçün mötəbər məlumata sahib deyilik. Komissiya belə addım atmamışdan əvvəl geniş müzakirələr aparır. İndiki məqamda belə bir hazırlıq yoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 30 Yanvar 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















