Icma.az
close
up
RU
Əfv Sərəncamları insanın dəyişə biləcəyinə inamın, bağışlamanın və islahın mümkünlüyünün rəmzidir ŞƏRH

Əfv Sərəncamları insanın dəyişə biləcəyinə inamın, bağışlamanın və islahın mümkünlüyünün rəmzidir ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Əfv Sərəncamı 218 məhkumun azadlığa qovuşmasını təmin etməklə, dövlətin hüquq-mühafizə funksiyasını yalnız cəza ilə deyil, həm də mərhəmət və insanpərvərlik prinsipləri ilə icra etdiyini bir daha sübut edir. Bu əfv aktı təkcə hüquqi sənəd deyil, həm də dərin fəlsəfi və mənəvi mesaj daşıyan mühüm ictimai hadisədir. Əfv institutu hüquqi mexanizm olmaqla yanaşı, cəmiyyətin və dövlətin insan amilinə verdiyi dəyərin bariz nümunəsidir. Prezidentin bu səlahiyyəti həyata keçirməsi, dövlətimizin başçısının məhkum edilmiş şəxslərin hər birinin taleyinə fərdi yanaşdığını, onları təkcə keçmişlərinə görə deyil, dəyişmək potensiallarına görə də qiymətləndirdiyini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Deputat əfvin insana ikinci şans verdiyini bildirərək qeyd edib ki, bu, hüququn sərt məntiqindən daha çox əxlaqi və mənəvi dəyərlərə söykənir: “Əfv edilmiş şəxs üçün bu akt həm azadlıq, həm də məsuliyyət deməkdir, azad cəmiyyətə qayıdış və yeni həyat qurmaq fürsətidir.

Azərbaycan dövləti müasir dövrdə insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət yetirir. Prezidentin Əfv Sərəncamları isə bu istiqamətdə atılan konkret addımlardan biridir. Dövlətimizin başçısı bu Sərəncamlarla yalnız hüquqi ədaləti deyil, eyni zamanda, sosial ədaləti də təmin edir.

Əfvlər xüsusilə ailələrin sosial rifahı baxımından mühüm əhəmiyyət daşıyır. Azadlığa buraxılan şəxslər yenidən ailələrinə, cəmiyyətə qovuşur, sosial inteqrasiyaya nail olurlar. Bu, həm də milli həmrəyliyin, qarşılıqlı anlayışın və tolerantlığın güclənməsinə töhfə verir.

Əfv Sərəncamları insanın dəyişə biləcəyinə inamın, bağışlamanın və islahın mümkünlüyünün rəmzidir. Bu, Azərbaycan dövlətinin insan təbiətinə optimist yanaşmasının təzahürüdür. Bu addım Prezident İlham Əliyevin dövlət idarəçiliyində sərtlik və ədaləti mərhəmət və şəfqətlə balanslaşdırdığını göstərir.

Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı Azərbaycan dövlətinin humanist və sosial ədalətə əsaslanan idarəçilik modelini əks etdirir. Əfv, cəzalandırmadan çox, islah və bağışlama yolu ilə daha güclü bir cəmiyyət qurmağın mümkünlüyünü göstərir. Bu, Azərbaycan dövlətinin gücünü onun mərhəmətində göstərdiyi unikal bir yanaşmadır”,- deyə deputat diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri