Icma.az
close
up
RU
Əfv və ya amnistiya olacaq?

Əfv və ya amnistiya olacaq?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. 

Adətən müxtəlif bayramlar ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanır və yaxud Amnistiya aktı qəbul edilir. Növbəti əfv sərəncamı və yaxud Amnistiya aktı qəbul edilə bilərmi?  

Məsələ ilə bağlı Əfv məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Cebheinfo.az”-a bildirib ki, qarşıdan çox böyük bayramlar gəlir, həm il təzələnir, həm də eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür:

“Bir qayda olaraq hər zaman bu ərəfədə cəmiyyətdə müəyyən gözləntilər olur. O cümlədən, cənab Prezident tərəfindən əfv sərəncamının imzalanması, eləcə də Milli Məclis tərəfindən Aministiya aktının qəbul edilməsi ilə bağlı məsələni göstərmək olar. Ancaq mənim böyük gözləntilərim yoxdur. 

Ehtimal vermirəm ki, ilin sonunda əfv sərəncamı, yaxud Amnistiya aktı qəbul edilə bilər. Nəzərə almaq lazımdır ki, 2024-cü il ərəfəsində cənab Prezident tərəfindən  əfv sərəncamı imzalanıb. Bir qayda olaraq il ərzində bir əfv sərəncamı olur.  Tez-tez əfv sərəncamlarının verilməsi də məqsədəuyğun sayılmır. 

Əlbəttə ki, cənab Prezidentin müstəsna konstitusion səlahiyyətidir.

Bununla bağlı Prezident qərar qəbul edir, biz bilə bilmərik. Ancaq bununla belə mövcud praktikaya əsasən deyə bilərəm ki, ilin sonuna əfv sərəncamı real görünmür". O, eyni zamanda ötən illərin təcrübəsini nəzərə alsaq,  son 5-6 ildə bir qayda olaraq əfv sərəncamlarının Novruz bayramı və yaxud  mühüm tarixi günlərdə olduğunubildirib: 

"Məsələn, 2023-cü ildə UluÖndərin anadan olmasının 100 illiyi ilə bağlı,  2018-ci ildə Demokratik Cümhuriyyətin 100 illiyi ilə bağlı əfv sərəncamı,  2021-ci ildə Zəfər Günü ilə bağlı Amnistiya aktı  olub. 2024-cü ildə cənab Prezident tərəfindən may ayında Əfv sərəncamı imzalanıb.  Bütün bunları nəzərə alaraq,  düşünürəm ki, növbəti əfv sərəncamını 2025-ci ildə ehtimal edə bilərik. Həmçinin hazırda da Əfv Komissiyasının iclasları olmayıb və yaxın günlərdə də olması gözlənilmir.  

Gələn il cənab Prezident tərəfindən əfv sərəncamı imzalana bilər. Nəzərə alaq ki, 1995-ci ildən bu günə qədər 70 əfv sərəncamı imzalanıb. Bu sərəncamların 33-ü Ulu Pndər, 37-si cənab Prezident tərəfindən imzalanıb. Prezidentimizin fəaliyyətində hər zaman mərhəmət, şəfqət, humanizm prinsipləri mühümdür. 

Ötən illərdə əfv sərəncamlarının verilməsi, Amnistiya aktlarının qəbul edilməsi də Azərbaycanın təməl prinsipinin humanizm olduğunu müəyyənləşdirən nümunələrdəndir. İnşaallah bu rposes davam edəcək. Çünki dövlətin inkişafı, tərəqqisi, gələcəyi də   ədalət, humanizm, şəfqət  prinsiplərdir. Bu, həm Azərbaycanın hüquqi təbiətindən doğur, həm də cənab Prezidentin bütövlükdə fəaliyyəti bu prinsiplər üzərində qurulub”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri