Icma.az
close
up
RU
Azərbaycanın amnistiya və əfv təcrübəsi zəngin və dəyərlidir

Azərbaycanın amnistiya və əfv təcrübəsi zəngin və dəyərlidir

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycan dövlətinin gücü və suverenliyi Prezident İlham Əliyevin mərhəmətə əsaslanan siyasi iradəsi ilə tamamlanaraq, “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan edilən amnistiya təşəbbüsü vasitəsilə bir daha bütün dünyaya nümayiş etdirilir; bu addım yalnız hüquqi prosedur deyil, eyni zamanda xalqımıza ünvanlanan humanist yanaşmanın, cəmiyyətimizin həmrəyliyinin və gələcək nəsillərə verilən dərin, prinsipial mesajın ifadəsidir.
Müstəqil Azərbaycan dövləti, Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi, xilaskarlıq missiyası və uzaqgörən siyasi iradəsi nəticəsində qurulmuş, möhkəmlənmiş və tarix boyu xalqımızın qürur mənbəyinə çevrilmişdir. Bu irs isə Prezident İlham Əliyev tərəfindən uğurla qorunur inkişaf etdirilir və hər bir addımında dövlətçiliyimizin əsas prinsipləri, suverenlik, hüququn aliliyi və vətəndaş rifahı təcəssüm etdirilir. Amnistiya aktı Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş qəhrəmanlarımızın yaxınlarını, zərər çəkmiş mülki vətəndaşları, qadınları və yaşlıları əhatə edir. Yetkinlik yaşına çatmayan şəxslər və az ağır cinayət törətmiş məhkumlar da bu humanist addımdan faydalanacaq. Məqsəd yalnız cəzanın yüngülləşdirilməsi deyil, insanlara yeni həyat imkanı yaratmaqdır. Bu amnistiya aktı Azərbaycan tarixində misli görünməmiş bir təşəbbüsdür.
Azərbaycanın amnistiya və əfv təcrübəsi zəngin və dəyərlidir. 1995-ci ildən indiyədək həyata keçirilmiş 12 amnistiya aktı 130 mindən çox insana şamil olunmuş, 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə elan olunan amnistiya isə 17 mindən çox insanı əhatə etmişdir. Prezident İlham Əliyev dövründə qəbul edilmiş 39 əfv sərəncamı və 5 amnistiya aktı göstərir ki, humanizm və ədalət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir.
Humanist yanaşma ilə həyata keçirilən bu addım, azad olunacaq şəxslərin cəmiyyətə müsbət töhfə verəcəyinə və dövlətimizin inkişafına qatqı təmin edəcəyinə olan etimadı daha da möhkəmləndirir.
Bu təşəbbüs yalnız qanun çərçivəsində hüquqi əhəmiyyət kəsb etmir, həm də Azərbaycanın ədalətli, mərhəmətli və güclü dövlət olduğunu nümayiş etdirir. Dövlətin humanist siyasəti və güclü iradəsi xalqımızın gələcəyinə inamı artırır, cəmiyyətdə həmrəylik və birliyi möhkəmləndirir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu amnistiya, tarixdə Azərbaycan dövlətçiliyinin humanist ənənələrinin və sosial ədalət prinsiplərinin ən yüksək səviyyədə ifadəsidir. Bu addım, həm də xalqımıza, xüsusilə gənc nəslə mərhəmət, ədalət və vətənpərvərlik nümunəsi təqdim edir.
Amnistiya aktı ilə azadlığa qovuşan insanlar cəmiyyətə inteqrasiya olunaraq dövlətimizin inkişafına öz töhfəsini verəcək, humanizm və mərhəmət ənənələri ölkəmizdə daha da güclənəcək. Prezident İlham Əliyevin təşəbbüsü Azərbaycanın dövlətçilik irsini qoruyur, humanizm və ədalət prinsiplərini ən yüksək səviyyədə təcəssüm etdirir. Həmrəylik, etimad və vətənpərvərlik ruhunu cəmiyyətdə daha da möhkəmləndirir
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Dekabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri