Icma.az
close
up
RU
“Əgər belə davam edərsə, Azərbaycanı çox ciddi problemlər gözləyir” Ekspert xəbərdarlıq edir

“Əgər belə davam edərsə, Azərbaycanı çox ciddi problemlər gözləyir” Ekspert xəbərdarlıq edir

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Azərbaycanda su qıtlığı və çayların səviyyəsinin azalması müşahidə olunur. Kənd təsərrüfatı və gündəlik həyat bundan ciddi şəkildə təsirlənir. Su ehtiyatlarının düzgün idarə olunması həyati əhəmiyyət daşıyır. Su qıtlığının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Gələcəkdə içməli su təchizatı təhlükə altına düşə bilərmi?

Məsələ ilə bağlı “AzPolitika”ya danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bildirib ki, Azərbaycanın illik su ehtiyatları hazırda 25 milyard kub metr təşkil edir. Halbuki əvvəlki illərdə bu göstərici 32 milyard kub metr olub. Ekspertin sözlərinə görə, su elədir ki, mahiyyət etibarilə yoxa çıxmır, lakin düzgün idarə olunmadıqda ciddi problemlər yaradır.

V.Məhərrəmli qeyd edib ki, son illər qlobal istiləşmə, yağıntıların azalması, qarın əvvəlki illərlə müqayisədə az yağması nəticəsində həm Kür, həm də Araz çaylarında suyun həcmi əhəmiyyətli dərəcədə azalıb. Bu prosesin Azərbaycana təsiri artıq açıq şəkildə hiss olunur: “Əgər indiki kimi təsərrüfatsızlıq davam edərsə, ölkəmizi çox ciddi problemlər gözləyir. Artıq istehsal azalır, məhsuldarlıq aşağı düşür və nəticədə xarici ölkələrdən idxal olunan məhsulların həcmi artır. Son 10 ildə ərzaq məhsullarının idxalı 2,2 dəfə artıb”.

Ekspert bildirib ki, bu problemlərlə bağlı dəfələrlə hökumətə konkret təkliflər irəli sürülüb, lakin hələlik real nəticə əldə olunmayıb: “Hakimiyyət suyun nə dərəcədə strateji əhəmiyyət daşıdığını dərk etməlidir. Suya yatırılan vəsait qısa müddətdə özünü doğruldur. Məsələn, Gürcüstan su ehtiyatlarının mənbəyində yerləşməsinə baxmayaraq, böyük su gölləri və anbarları inşa edib. Su bolluğu yarananda ehtiyat toplanır, yay aylarında isə həmin sudan istifadə olunur. Türkiyədə də eyni təcrübə tətbiq edilir – nəhəng su anbarları inşa edilib”.

V.Məhərrəmli vurğulayıb ki, Azərbaycanın relyefi yağış sularının toplanması üçün olduqca əlverişlidir: “Yağan yağış sularını xüsusi göllərə toplamaq mümkündür. Bu göllərdən suyun öz axını ilə təsərrüfatlara çatdırılması imkanları var. Biz hətta boru xətləri vasitəsilə suyun ötürülməsini təklif etmişdik ki, su itkisinin qarşısı alınsın. Hesablamalarımız göstərir ki, Azərbaycanın içməli su, suvarma və sənaye üçün real ehtiyacı 5 milyard kub metrdir. Halbuki ölkənin ümumi su ehtiyatı 25 milyard kub metrdir”.

Ekspert diqqətə çatdırıb ki, suyun keyfiyyəti də ciddi problem olaraq qalır. Onun sözlərinə görə, Gürcüstanda kanalizasiya və çirkab suları birbaşa Kür çayına axıdılır: “Bu suların tərkibində ağır metallar və insan sağlamlığı üçün zərərli maddələr var. Təəssüf ki, həmin sudan Azərbaycanda həm məişətdə, həm də bəzi hallarda içməli su kimi istifadə olunur”.

V.Məhərrəmli hesab edir ki, suvarma suyuna artan tələbat və ərzaq təhlükəsizliyi birbaşa bir-biri ilə bağlıdır: “Əgər Azərbaycan özünü ərzaq məhsulları ilə təmin edə bilməzsə, bu, çox ciddi sosial-iqtisadi problemlərə yol açacaq. Ərzaq təhlükəsizliyi yalnız məhsul istehsalı deyil, həm də içməli və suvarma suyuna olan tələbatın norma daxilində ödənilməsi deməkdir.

Su ehtiyatlarının səmərəli idarə olunması Azərbaycanın həm kənd təsərrüfatının inkişafı, həm də milli təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır”.

Oğuz Ayvaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Yanvar 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri