Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Əgər dünya sağ qalsa...

Əgər dünya sağ qalsa...

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kubra Məhərrəmova yazır...

ABŞ-nin 47-ci prezidenti 78 yaşlı Trampın inaqurasiya mərasimindən sonra onun bir-birindən maraqlı ifadələri dünya mediasının səhifələrini bəzədi.

Yenə də Rusiya-Ukrayna müharibəsindən danışdı. Bu müharibənin dayandırılmasından, Putinlə danışıqlardan bəhs etdi.

Və yenə də bildirdi ki, "əgər o hakimiyyətdə olsa idi, bu müharibə olmayacaqdı. Çünki Putin Baydenə hörmət eləmir" yəni Putin Baydeni adam yerinə qoymur və onunla hesablaşmır. Amma Trampla çox yaxşı münasibəti və əlaqəsi var. Necə deyərlər, görərik nə dərəcədə mehribansınız.

O, həmçinin miqrantların ABŞ ərazisinə daxil olmayacağını və ABŞ vətəndaşlığını əldə etmək üçün yalnız qanuni yollardan istifadənin mümkün olacağını bildirdi. Yeri gəlmişkən, Tramp miqrasiya siyasətində ali təhsilli insanlara daha çox yer veriləcəyini də söylədi. Odur ki, əziz gənclər, Amerika xəyalınız varsa, oxuyun, təhsil alın. Qara fəhlə orada da lazım deyil.

Üçüncü mesaj isə gender münasibətləri barədə oldu.

Açığı bu gün müasir dünyada belə bir fikri səsləndirmək az qala nasist ideyalarının səsləndirilməsi kimi qələmə verilir. Lakin Tramp çəkinmədən dedi ki, "Cəmi iki cins var, kişi və qadın".

Son zamanlar dünyanın aparıcı KİV-də, bir sıra fondların və liberal qüvvələrin sahib olduğu istiqamətlərdə LGBT siyasəti o dərəcədə canfəşanlıqla təşviq olunur ki, Qərb düşüncəsində demək olar ki, cins anlayışı aradan qalxıb. Əgər kimsə bu barədə əks fikir söyləmək istəsə, o zaman həmin kimsə barbar, vəhşi, anti-humanist, nasist, lazım gələrsə, rasist damğası belə ala bilər. Bütün bu qarışıqlığın fonunda ABŞ liderinin belə danışması az da olsa daşları yerinə oturtdu.

Məsələni uzatmadan qayıdıram Trampa.

İlk növbədə onu bilməliyik ki, Amerika miqrantlar və böyük şanslar ölkəsidir.

Elə Trampın ailə tarixçəsi də bunu deyir. Onun uğur hekayəsi 130 il əvvəl başlayıb. Belə ki, onun babası Fridrix Tramp 16 yaşında Almaniyadan Amerikaya köç edir. Elə Tramp imperiyasının təməlini də Nyu-Yorkda qoyur.

Fredrix Tramp Manhettendə bərbər kimi çalışmağa başlayır, əldə etdiyi vəsaitlə 21 yaşında Sietl şəhərinə köçür.

30 yaşında Klondaykda restoran və hotel açır. Qeyd edim ki, bu dövr Amerika tarixində "qızıl hərisliyi" (Gold rush) adlanır. Məhz bu dövrdə baba Tramp ilk pullarını qazanır, yenidən Nyu-Yorka dönür və daşınmaz əmlaka yatırım etməyə başlayır.

Daha sonra bu ənənəni Donald Trampın atası davam etdirir. Məntiqi sonluğu isə Donald özü tamamlayır. Onun daşınmaz əmlak maqnatı olması heç kim üçün sirr deyil.

Əgər bir vaxtlar milyon və milyardlar zavod-fabrik və daşınmaz əmlak hesabına əldə olunurdusa, bu gün bu, daha fərqlidir.

Əgər Trampın inaqurasiya mərasiminə diqqət etmisinizsə, o zaman hansı milyarderlərin tədbirdə iştirak etdiyini də görmüsünüz. Bu adamlar müasir dünyanı, elitanı və yeni eranı ehtiva edirlər.

"SpaceX" və "Tesla"nın qurucusu İlon Mask, "Meta"nın qurucusu Mark Zukerberq, "Amazon"un qurucusu Jef Bezos, "Apple" şirkətinin baş icraçı direktoru Tim Kuk və s.

Bu qonaqların dəvəti bir daha qeyd edir ki, ABŞ indiki prezidenti zamanın nəbzinə və qanunlarına yaxşı bələddir.

Bu biliyi də özünü çox gözlətmədi.

Donald Tramp ABŞ-də supergüclü süni intellektin inkişafı üçün "Stargate" adlı yeni bir şirkət yaradılacağını bildirdi. Layihəyə ümumi 500 milyard dollar yatırım ediləcək.

İndi gəlin detallara nəzər yetirək.

Bu layihədə "OpenAI", "Oracle" və "SoftBank" yer alır.

"OpenAI"nın baş icraçı direktoru Sem Altman, "Oracle"nın qurucusu Larri Ellison və "SoftBank"ın rəhbəri Masayoşi Son vəzifə öhdəliklərini də müəyyən ediblər. "Stargate" layihəsində maliyyəni "SoftBank", əməliyyat idarəçiliyi isə "OpenAI" həyata keçirəcək. Lakin layihədə "Arm", "Nvidia" və "Microsoft" digər texnoloji tərəfdaşlar da yer alacaqlar. Belə görünür ki, ABŞ bütün texnoloji oyunçuları bu layihədə birləşdirmək fikrindədir.

Və ən maraqlısı da odur ki, yeni qurulan şirkətin data mərkəzlərinin inşası Texasda baş tutacaq. Məncə hamının yadındadır ki, Texasda artıq maraqlı obyektlər tikilib.

Məsələn, İlon Maskın "SpaceX" şirkəti, daha sonra raketlərin uçması üçün kosmodrom "Starbase" də həmçinin.

Qeyd edim ki, uzaqgörən İlon Mask hələ 2014-cü ilin fevralında Texasın Boka-Çika kəndi ərazisində kosmodromun inşası üçün 37 hektar torpaq almışdı. Kosmodromun tikintisinin dəyəri 100 milyon dollar olaraq qiymətləndirilirdi. Bu layihəni Texas hakimiyyəti də dəstəkləyirdi, çünki bu obyekt ştata bir sıra yeni iş yerləri təmin edəcəkdi.

İndi də təsəvvür edin ki, bir zamanlar ancaq neft-qazla yaşayan Texas bu gün-sabah dünyanın texnoloji mərkəzlərinin birinə çevriləcək.

Qeyd edim ki, SPR (Strategic Petroleum Reserve) - ABŞ-nin strateji neft ehtiyatı, Luiziana, Texas və Meksika körfəzi sahili boyunca yerləşir.

SPR, ABŞ-nin neft təchizatını və enerji təhlükəsizliyini qorumaq üçün yaradılıb və xüsusilə fövqəladə vəziyyətlərdə istifadə oluna bilər.

Ölkə təbii ehtiyat təminatını həyata keçirtməklə paralel olaraq supergüclü texnoloji təminatı da reallaşdırmaqda israrlıdır.

İndi yenə də qayıdaq Trampın supergüclü süni intellektin və ya zəkanın yaradılması üçün atdığı növbəti addıma. Donald Tramp ondan əvvəlki hökumətin süni intellekt üçün tətbiq etdiyi bir sıra məhdudiyyətləri ləğv edib. Bu isə o deməkdir ki, ABŞ yeni hökuməti texnoloji marafona qoşulub və bu marafon qaçışında bütün qüvvəsini ortaya qoymağa hazırdır. Hətta özündən əvvəlki qanunların üstündən xətt çəkməyə belə.

Layihənin dörd ilə başa gələcəyi və ilkin yatırımın 100 milyard dollar olacağı deyilir. Növbəti dörd il ərzində isə 400 milyard dollar da əlavə olunacaq.

Vaxtın belə az qoyulması ABŞ hökumətinin əsasən Çindən gələn texniki təhlükənin qarşısını almaq, super süni zəka, ya da super kompüter uğrunda apardığı savaş müharibənin texnoloji mərhələyə keçdiyindən xəbər verir.

Təsəvvür edin ki, bir tərəfin texnoloji üstünlüyü o dərəcədir ki, digərinin bütün hərbi, nüvə başlıqlı raketlərinə müdaxilə etməklə onları sadəcə dəmir parçası edə bilər. Və ya bloklayıb hərəkətsiz vəziyyətə sala bilər.

Görünən odur ki, qarşıda bizi çox maraqlı dörd il gözləyir. Təbii ki, əgər dünya sağ qalsa...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Yanvar 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see321

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see263

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri