Icma.az
close
up
RU
“Məni tanımırsa tanımasın, əgər aktyor deyiləmsə, ona qalsa...” Coşquna CAVAB ÖZƏL

“Məni tanımırsa tanımasın, əgər aktyor deyiləmsə, ona qalsa...” Coşquna CAVAB ÖZƏL

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ona qalsa gərək pafosla oynayan Stanislavski də aktyor olmasın. Hər kəs zamana, dövrə görə çıxış edir. Onlar qrotesk formasında oynayırlar. Bunu etmək də çətindir. Məsələn, Arif Quliyevin etdiyini heç bir aktyor edə bilməz. O vəziyyət məzəli bir haldır. Hərhalda mənə elə gəlir ki, qrotesk formasında oynayan aktyorların da öz istedadları və tamaşaçıları var. Fünes bütün dünyada tanınıb, elə-belə aktyor deyil ki. Çarli Çaplin kinonu yaradan insanlardan biridir. Özü də o dövrdəki texnika ilə. Ona qalsa deyək ki, Raç Kapur da aktyor deyil. Coşqun da, Rafael da mənim dostlarımdır. Onların öz yerləri var, bu aktyorların da öz yeri. Onların yumoru qərbə uyğundur, Şabanın filmləri isə şərq yumorudur”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev Coşqun Rəhimovun dünya şöhrətli sənətkarlar haqda dediyi fikirlərə cavab olaraq bildirib.

O daha sonra əlavə edib:

“Lue de Fünesi o vaxt Keniqson dublyaj edib xalqa sevdirmişdi, Azərbaycanda isə təvazökarlıqdan uzaq olmasın mən sevdirmişəm. Ümumiyyətlə Vitsini, Nikulini, Şirin babanı, Qarqameli mən səsləndirmişəm. Hər kəsin öz zövqü var, mən nə deyə bilərəm. Kimisi bəyənir, kimisi bəyənmir. İllərini sənətə verən sənətkarlar haqda bu sözləri demək düzgün deyil. Ola bilsin ki, Coşqun fikrini tam ifadə edə bilməyib” deyə sənətkar bildirib.

Coşqun Rəhimov onun fikirləri ilə razılaşmayan aktyor Türkay Cəfərli haqda “onu tanımıram” deyib. Türkay Cəfərli isə saytımıza açıqlamasında Coşqun Rəhimov haqda dediklərinin tam başqa formada təqdim olunduğunu bildirib:

“Mən Coşqun Rəhimov haqda “qurşaqdan aşağı” ifadəsini işlətməmişəm. Bu sözü deyəcək qədər mədəniyyətsiz insan deyiləm. Bir-iki səhifə düz yazıb, digərləri isə yalandan. Mən demişəm ki, axmaq komediya ayə-vayə kimi zarafatlardır. Axmaq olmayan komediya isə vəziyyətdən doğan situatsiyaya verilən reaksiyadır. Mən belə demişəm. Müsahibəsində bildirib ki, Türkayı tanımıram. Tanımasın da. Hamı hamını tanımağa məcbur deyil ki. Aktyorun aktyoru tanımamağı normaldır. Çünki mən teatr və kino aktyoruyam. Mən teatrda çalışıram. Ən azından 35 yaşımda 30-a yaxın baş rollarım var. Hələ mən bunların çoxunu saymıram. Çəkildiyim qısametrajlı filmlər dünyada keçirilən nüfuzlu festivallarda qalib olub. Tələbəlik illərində qran-pri qazanmışıq. Əgər bunların müqabilində aktyor deyiləmsə normaldır. Mən başqa heç nə deyə bilmərəm. Allah canını sağ etsin” deyə Türkay Cəfərli bildirib.

Qeyd edək ki, əməkdar artist Coşqun Rəhimov aktyor Roven Atkinsonun canlandırdığı Mister Bin obrazını pisləyib. 

C.Rəhimovun "Axmaq bir vəziyyətdə tamaşaçını güldürən aktyordur. Ona aktyor demək olarsa... Eyni tiplidir, Mister Bindir. Onu onun canından çıxartmaq olmur.

Çox sadə, bəsit bir vəziyyətdən gülüş yaradır. Buna aktyor demirlər. Tapılmış bir formanı tamaşaçıya təqdim edir. Onu aktyor kimi təqdim edə bilmərik" sözləri tənqid edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Noyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see213

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see168

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri