Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Əgər dünyada bircə ac uşaq varsa, o dünyada bayram yoxdur RƏY

Əgər dünyada bircə ac uşaq varsa, o dünyada bayram yoxdur RƏY

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Lalə Mehralı: “Hər gün 10 min uşaq aclıqdan ölürsə, 1 iyun sadəcə musiqi və rəqs bayramı ola bilməz!”


Ceyhun Məmmədov: “1 İyun təkcə əyləncə deyil – uşaqların dinlənilməsi və gələcəyə inamın möhkəmləndirilməsidir”



1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın hər yerində uşaqların rifahına, hüquqlarına və xoşbəxtliyinə diqqəti yönəldən xüsusi bir tarixdir. Azərbaycanda da bu gün təkcə rəmzi bayram kimi deyil, həm də gələcəyimiz olan uşaqlara verilən dəyərin, göstərilən diqqət və qayğının təcəssümü kimi qeyd olunur. Əgər əvvəllər bu gün ölkəmizdə daha çox formal tədbirlərlə, bir neçə QHT və dövlət qurumunun təşkil etdiyi məhdud miqyaslı proqramlarla yadda qalırdısa, son illər bu tendensiya müsbət istiqamətdə ciddi şəkildə dəyişib. Artıq 1 İyun sadəcə təqvimdəki bir tarix deyil, uşaqların sevinci, gülüşü, arzuları ilə dolu bir bayrama çevrilib.

1 İyun sözün əsl mənasında, uşaqların günüdür. Paytaxt Bakıdan tutmuş ən ucqar rayon mərkəzlərinədək hər bir guşə həmin gün rəngarəng tədbirlərlə “qaynayır”. Şəhər küçələrində əlində şarlar gəzən körpələrin sevinc dolu baxışları, onlara həsr olunmuş səhnəciklər, klounların və nağıl qəhrəmanlarının iştirakı ilə təşkil olunan “köpük şou”lar, musiqili kompozisiyalar – bütün bunlar uşaqların həyatında unudulmaz xatirələrə çevrilir. Uşaq bağçaları, məktəblər, mədəniyyət mərkəzləri və parklar  balacaların ən sevimli məkanına çevrilir. İcra hakimiyyətlərinin dəstəyi ilə keçirilən konsertlər, mədəniyyət abidələrinə təşkil olunan ekskursiyalar isə uşaqların həm əylənməsi, həm də maariflənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu dəyişikliklərin arxasında duran əsas məqam isə cəmiyyətin uşaqlara münasibətinin dərin və mənalı şəkildə dəyişməsidir. Artıq uşaqlar cəmiyyətin passiv üzvü deyil, dövlətin və ictimaiyyətin diqqət mərkəzində olan, qayğı və sevgi ilə əhatə olunmalı olan bir təbəqə kimi qiymətləndirilir. Çünki hər bir sağlam və xoşbəxt uşaq – sağlam cəmiyyətin, firavan gələcəyin təməlidir. Onlara bu gün göstərilən diqqət, sabahın vətəndaşına verilən dəyərdir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü, sadəcə bir tədbirlər toplusu deyil, həm də uşaqlara olan sevgimizin, onların hüquqlarını qorumaq və onları xoşbəxt böyütmək istəyimizin bariz ifadəsidir. Bu gün bizi uşaqların gözündəki sevincə, onların səmimi gülüşünə aparır – və xatırladır ki, uşaqlar sadəcə gələcəyimiz deyil, bu günümüzün də ən dəyərli hissəsidir.

Maraqlıdır, ictimaiyyət üzvləri 1 İyunun əhəmiyyətini necə dəyərləndirir? Onların gözündə uşaqların Beynəlxalq Müdafiəsi Günü necə təşkil edilməlidir? 


Uşaqların müdafiəsi şoudan ibarət ola bilməz


Sosioloq-jurnalist Lalə Mehralı “Sherg.az”a açıqlamasında  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı fərqli və tənqidi yanaşma sərgiləyib. O, bu tarixin əsl ruhuna uyğun şəkildə qeyd olunması üçün cəmiyyətləri düşünməyə, konkret və sistemli tədbirlər görməyə çağırıb. Sosioloq hesab edir ki, uşaqlar üçün əsl “bayram” müharibəsiz, aclıqsız, təhsilli və təhlükəsiz bir dünyadır.


L.Mehralının fikrincə, bu günün simvolik bayrama çevrilməsinin əsl məqsədi – uşaqların müdafiəsi, rifahı və hüquqlarının qorunması – ilə nə dərəcədə üst-üstə düşdüyünü sorğulayır. 30-dan çox ölkədə təxminən 300 min uşaq əsgərin döyüşdüyü, hər gün 10 min uşağın aclıqdan öldüyü, hər il 70 milyon körpənin ana bətnində qətl edildiyi, hər il 1 milyard uşağın cinsi zorakılığa məruz qaldığı, 250 milyon uşağın oxuya bilmədiyi, hər il 12 milyon uşağın evləndirildiyi dünyada uşaqların müdafiəsi gününü qeyd etmək L.Mehralıya səmimi görünmür: “Təsəvvür edin, dünyada 5-17 yaş arasında ən azı 218 milyon uşaq işçi var və onlardan ən azı 73 milyonu təhlükəli işlərdə çalışır. Təkcə 2019-2021-ci illərdə dünyada 18 min 291 uşaq itkin düşüb. Son 10 ildə dünyada 2 milyondan çox uşaq münaqişələr nəticəsində həlak olub, 1 milyondan çoxu yetim qalıb, 6 milyondan çox uşaq ağır yaralanıb və qalan ömrünü əlilliklə davam etdirməli olub. Dünyada yetim uşaqların real sayının 400 milyon olduğu təxmin edilir və biz bu dəhşətli rəqəmlərin fonunda uşaqların müdafiəsi gününü qeyd edirik. Necə müdafiə edilir ki, bu dəhşətlərin önü alına bilinmir? Müdafiə belə olursa, müdafiəsizlik olarsa, nələr baş verər? Uşaqların hüququnu şou ilə, çal-çağır ilə müdafiə etmirlər. Uşaqların daha dinc bir dünyaya, müharibəsiz həyata, yeməyə, geyməyə ehtiyacı var. Əgər dünyada bircə nəfər ac uşaq varsa, əgər dünyanın hansısa ölkəsində bir uşağın başına bombalar yağırsa, o dünyada uşaqların günü yoxdur deməli. Hər nazını çəkdiyimiz, ovcumuzda ərköyün böyütdüyümüz uşaqlara dünyadakı uşaqlardan danışmaq lazımdır. Onların bəyənib yemədiyi 2-3 çeşid yeməyin qırıntısına həsrət qalan, bir damla suya möhtac, raketlərin, mərmilərin səsi ilə oyanan yaşıdlarının varlığını bilməlidir uşaqlar. Müəyyən yaşda olan uşaqlar 1 İyunun çalıb-oxumaq bayramı olmadığının fərqində olmalıdır”.


Uşaqların səsi sabahın yol xəritəsidir



Millət vəkili Ceyhun Məmmədov isə qeyd edib ki, uşaqlar bizim gələcəyimiz olduğu qədər, bu günün də fəal vətəndaşlarıdır: 

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirlərdə iştirak edərkən bir daha əmin oldum ki, balaca həmvətənlərimiz cəmiyyətin formalaşmasında söz sahibi olmağa hazırdırlar. Onların səhnəyə çıxaraq fikirlərini ifadə etməsi, öz dünyagörüşlərini bölüşməsi bu gün uşaqlara nə qədər dəyər verildiyinin göstəricisidir.

Bu cür təşəbbüslər təkcə əyləncə məqsədi daşımır – eyni zamanda uşaqların dinlənildiyini, cəmiyyətin onları dəstəklədiyini göstərir. Sevgi, bərabərlik və səmimiyyət dolu bu mesajlar gələcəyə olan inamı daha da gücləndirir. Biz uşaqlarımıza yalnız bilik və bacarıq yox, həm də mənəvi dayaqlar – milli-mədəni kimlik, ailə dəyərləri və vətən sevgisi aşılamalıyıq. Bu dəyərlərlə böyüyən nəslin ölkəmizin inkişafında mühüm rol oynayacağına inanıram.

Zəfər qazanmış, suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş dövlətimiz bu gün uşaqlar üçün daha geniş imkanlar yaradır. Bizim vəzifəmiz bu imkanları onların inkişafı üçün səfərbər etmək, daha yaxşı gələcək üçün möhkəm bünövrə formalaşdırmaqdır. Uşaqlarımıza qulaq asmaq, onların səsini eşitmək və arzularını reallaşdırmaq – sabahımızın ən etibarlı yol xəritəsidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyun 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri