Icma.az
close
up
RU
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub

Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı rejissor Kamran Səfərəlinin "20" adlı qısametrajlı filminin Almaniyanın Hamburq şəhərində qapalı təqdimatı keçirilib.

Hamburqun nüfuzlu kinoteatrlarından birində keçirilən qapalı film nümayişində yerli kino mütəxəssisləri, eləcə də çəkiliş heyətinin ailə üzvləri xüsusi dəvətlə iştirak ediblər. Psixoloji triller janrlnda olan 25 dəqiqəlik qısa film Azərbaycan, Almaniya və başqa bir sıra ölkələrin mütəxəssislərini bir araya gətirib.

Baş rollarını alman aktyorlar Daniel Bessel və Niklas Leifertin canlandırdığı filmin quruluşçu rəssamı dizayner Sevil Səfərəli, musiqi tərtibatçısı isə musiqiçi Rasim Səfərdir.

İngilis dilində çəkilmiş filmdə məşhur Azərbaycan musiqilərinin fərqli aranjemanlarından istifadə olunması ölkəmizin milli-mənəvi dəyərlərinin, milli kimliyimizin təbliğinə yönəlib.

Filmin tarixçəsindən danışan rejissor Kamran Səfərəli ekran işinin ideyasının təxminən 10 il əvvəl dostu Sadiq Fərzəlibəy ilə birlikdə yazdıqlarını bildirib:

"Yaradıcı insanlar, adətən, beyinlərindəki ideyanı reallaşdırmadan rahatlıq tapa bilmirlər. Düşünürəm ki, mənim üçün də belə oldu, hətta bir qədər fərqli şəkildə. Təxminən 10 il əvvəl Bakıda kolleqamla birlikdə kağız üzərində təməli qoyulan ideya bu gün Almaniyaya qədər uzandı və filmə çevrildi. Ümid edirəm ki, bu layihədə alman mütəxəssislərlə qurduğumuz əməkdaşlıq iki ölkə arasında mövcud olan mədəni əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək".

Qeyd edək ki, film beynəlxalq festivallarda ölkəmizi təmsil edəcək.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Noyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri