Icma.az
close
up
RU
Əgər klassiklər bu gün yaşasaydı…

Əgər klassiklər bu gün yaşasaydı…

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzən düşünürük ki, klassiklər yalnız keçmişə aiddir. Onların yazdıqları, tənqid etdikləri problemlər artıq tarixdə qalıb. Amma doğrudanmı belədir? Əgər onlar bu gün yaşasaydı, yazacaqları mövzular dəyişərdimi, yoxsa sadəcə platforma?

Zaman dəyişir, texnologiya inkişaf edir, insanlar fərqli həyat tərzi yaşayır. Amma cəmiyyətin içindəki problemlər çox da dəyişmir. Sadəcə forması yenilənir. Bir vaxtlar qəzet səhifələrində yazılan tənqidlər bu gün sosial şəbəkə paylaşımlarına çevrilib. Amma mahiyyət eynidir. Mahiyyət insandır, onun zəiflikləri və səhvləridir. Klassiklər bu gün yaşasaydı, bəlkə də daha çox oxunardı. Amma bir şərtlə- əgər biz onları sadəcə paylaşmaq üçün yox, anlamaq üçün oxusaydıq.

Məsələn, əgər görkəmli publisist Cəlil Məmmədquluzadə yaşasaydı, yəqin ki, “Molla Nəsrəddin” jurnalını kağızda deyil, sosial şəbəkələrdə yaradardı. Onun satirası bu dəfə Instagram paylaşımlarında, Facebook statuslarında, bəlkə də Twitterdə qısa, amma sərt cümlələrlə özünü göstərərdi. O, yenə də cəmiyyətin eyiblərini açıq şəkildə göstərər, ikiüzlülüyü, savadsızlığı və saxta dəyərləri tənqid edərdi.

Bəlkə də o, bu gün “trend” olan mövzulara ironik yanaşar, insanların sosial mediada qurduğu süni həyatları ifşa edərdi. Süni intellekti ifşa edərdi. Bir əsər də yazardı. Adını da "Süni intellektin avam qulları" qoyardı... “Like” üçün yaşayan insanları, görüntü xatirinə yaradılan saxta xoşbəxtlikləri yazardı.

Amma təkcə o deyil. Digər klassiklər də bu günün problemlərini yazardı. Bəlkə də fərq yalnız ondadır ki, əvvəllər həqiqəti demək üçün qəzet və jurnallar var idi, indi isə bir telefon kifayətdir. Amma sual eynidir: biz o həqiqəti görmək istəyirikmi?

Cəlil Məmmədquluzadənin  ilk deyəcəyi sözlərdən biri ana dilimizlə bağlı olardı. O, dilin sadəcə danışıq vasitəsi yox, bir millətin varlığı olduğunu xatırladardı. Bəlkə də ən sərt tənqidlərini öz dilində danışmaqdan çəkinənlərə yönəldərdi. O, ailə anlayışını da unutmayanlardan olardı. Sadəcə yazıları ilə yox, həyatı ilə də nümunə göstərərdi. Ailə bağlarına sadiqliyi ilə cəmiyyətə səssiz mesaj verərdi: dəyərlər kağızda yox, həyatda yaşanır. Amma onun qələmi yenə də ən çox cəhalətə qarşı işləyərdi. “Ölü cəhalət” bu gün də onun əsas hədəfi olardı. Sadəcə adlar dəyişərdi, amma mahiyyət eyni qalardı. O, yenə də insanların görmək istəmədiyi həqiqətləri üzlərinə vurardı-  çəkinmədən, açıq və kəskin şəkildə.

Bəlkə də bu gün biz jurnalistlər üçün o, ən çox müraciət olunan isimlərdən biri olardı. Hər hansı qalmaqallı və ya tənqidi mövzu gündəmə gələndə ilk ona üz tutardıq. Ondan müsahibə almaq üçün  yarışardıq. Cəlil Məmmədquluzadə bir telefon zəngi ilə müsahibə verərdi. Və əminliklə demək olar ki, onun dediyi bir cümlə belə başlığa çevrilər, sosial şəbəkələrdə sürətlə yayılardı.

Cəlil Məmmədquluzadə də məhz o cəmiyyətə güzgü tutan biri idi. Və bəlkə də bu gün yaşasaydı, biz o güzgüyə baxmağa yenə də cəsarət etməzdik. Utanardıq...

 Fatimə Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Mart 2026 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri