Icma.az
close
up
RU
Əgər ölkədə xərçəngdən ölənlər ürək xəstələrini üstələyirsə, demək... Həkimdən AÇIQLAMA

Əgər ölkədə xərçəngdən ölənlər ürək xəstələrini üstələyirsə, demək... Həkimdən AÇIQLAMA

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2050-ci ilə qədər 18,6 milyon insanın xərçəngdən öləcəyi gözlənilir və bu müddət ərzində yeni halların sayı 60%-dən çox artaraq 30,5 milyona çatacaq. 

Bakıvaxtı.az xəbər verir ki. bu barədə məlumat "The Lancet" tibb jurnalının hesabatında yer alıb.

Qeyd olunur ki, qarşıdakı 25 il ərzində xərçəng ölümləri təxminən 75% artacaq. Bildirilib ki, 1990-2023-cü illərdə aparılan araşdırmada 47 xərçəng növü araşdırılıb. 2023-cü ildə dünyada 18,5 milyon yeni xəstəliyə yoluxma və 10,4 milyon ölüm baş verəcək ki, bu da 1990-cı illə müqayisədə xeyli çoxdur. Bunların 57,9%-i və ölüm hallarının 65,8%-i aşağı və yuxarı-orta gəlirli ölkələrdə baş verib. 

Bundan başqa, 2023-cü ildə xərçəng dünya miqyasında ürək-damar xəstəliklərindən sonra ikinci ölüm səbəbi olub.

Xərçəng ölümlərinin sayının artmasına təsir edən amillərlə bağlı tibbi ekspert Rasif Bağırov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, "The Lancet" tibb jurnalının dərc etdiyi hesabatdakı rəqəmlər bir qədər real görünmür:

"Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünyada ürək-damar sistemi xəstəlikləri birinci yerdədir. Lakin ölkəmizdə statistik açıqlama verilmişdi ki, xərçəng xəstəliyindən ölümlər ürək-damar xəstəliklərini keçir. Məlumdur ki, ürək-damar xəstəlikləri sivilizasiya xəstəliyidir. Sivilizasiya artıqca, bu xəstəlik də artır. Ona görə də ürək-damar sistemi xəstəlikləri həmişə öndə gedir. Bu baxımdan infarkt və insult xəstələrinin sayı ilə xərçəng xəstələrinin sayı eyni ola bilməz. Yəni, xərçəng xəstələrinin sayı keçə bilməz".

Rasif Bağırov: Xərçəng xəstələrinin üstün olduğu ölkədə yeyilən qidaların hamısı qadağan olunmuş qidalardır

R.Bağırov qeyd edib ki, əgər ölkədə xərçəng xəstələrinin sayı ürək-damar sistemi xəstələrinin sayından üstün olursa, bu, həddindən artıq çox pis nəticədir. 

"Bu o deməkdir ki, ölkədə ekoloji tarazlıq pozulub, su və qida məhsulları tamamilə yararsız haldadır və əhali qeyri-insani şəraitdə yaşayır. Yəni, bu ölkədə insan yaşaya bilməz. Xərçəng xəstələrinin üstün olduğu ölkədə yeyilən qidaların hamısı qadağan olunmuş qidalardır. İçməli suya gəlincə,  60 dərəcəyə kimi bulaq suyu hesab olunur. 60 dərəcədən 120 dərəcəyə kimi mülayim codluq, 120 dərəcədən yuxarı isə palçıqlı su sayılır. Azərbaycanda içməli suyun göstəricisi 360 dərəcəni göstərir. Ona görə də xərçəng xəstəliyinin çox yayıldığı ölkə yaşayışa uyğun sayılmır", - deyə ekspert izah edib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Sentyabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri