Əgər ona bənzəməyə çalışsaydım, tam fiasko yaşayardım Real ın baş məşqçisi
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Real”ın yeni baş məşqçisi Alvaro Arbeloa Joze Mourinyonun onun məşqçilik üslubuna təsiri barədə fikirlərini bölüşüb. Portuqaliyalı mütəxəssis 2010–2013-cü illərdə Madrid klubuna rəhbərlik edib. Arbeloa həmin dövrdə onun rəhbərliyi altında müdafiəçi mövqeyində çıxış edib.
Sportal.az xəbər verir ki, Arbeloa öz açıqlamasında maraqlı faktlara toxunub.
“Mən onunla danışmamışam. Onun rəhbərliyi altında məşq etmək mənim üçün böyük şərəf idi və bu, mənə çox böyük təsir göstərib. Əgər Joze kimi olmağa çalışsaydım, sarsıdıcı uğursuzluqla üzləşərdim. Mən Arbeloa kimi olacağam, uğursuzluqlardan qorxmuram.
Karyeram ərzində çoxlu məşqçilərim olub, onların hamısı mənim üçün vacib idi və mənə təsir göstərib. Sən öz üslubunu formalaşdırırsan və hər birindən ən yaxşı cəhətləri götürürsən.
Onların çoxu əfsanədir, futbolda hər şeyi qazanıblar. Ümid edirəm ki, mən də onların nailiyyətlərinin heç olmasa yarısına çata biləcəyəm."
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 13 Yanvar 2026 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















