Icma.az
close
up
RU
Əhali bu prosesdə iştirak edə bilər Deputatdan çıxış yolu

Əhali bu prosesdə iştirak edə bilər Deputatdan çıxış yolu

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Cəmiyyətin sabitliyi, dövlətin davamlı inkişafı üçün əsas amillərdən biri ictimai və dövlət maraqlarının müdafiəsidir. Son illər bu mövzu həm hüquqi, həm siyasi, həm də sosial müstəvidə daha çox aktuallaşıb. Dövlət institutlarının güclənməsi, şəffaf idarəetmə və vətəndaşların fəal mövqeyi bu prosesin təməl sütunları sayılır. İctimai maraqların qorunması təkcə qanunların icrasına deyil, həm də sosial ədalətin təmininə xidmət edir. Bu istiqamətdə həyata keçirilən islahatlar və təşəbbüslər cəmiyyətin rifahına birbaşa təsir göstərir. Xüsusilə, informasiya mühitində baş verən dəyişikliklər ictimai rəyin formalaşmasına mühüm təsir göstərir. Dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq gücləndikcə, qərarvermə prosesləri də daha şəffaf olur.

İctimai maraqların dövlət siyasətində prioritet kimi qorunması üçün hansı mexanizmlərin gücləndirilməsinə ehtiyac var? Dövlət və vətəndaş maraqları arasında balans necə saxlanılmalıdır? 

Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, müasir idarəetmədə ictimai maraqların dövlət siyasətində prioritet kimi qorunması demokratik cəmiyyətin və legitim idarəçiliyin əsas göstəricilərindən biridir:

“Bu, danılmaz faktdır. Ona görə də dövlət siyasəti ictimai maraqların qorunmasını təmin edən, sistemli və alqoritmik yanaşma üzərində qurulmalıdır. Əvvəlcə şəffaf idarəetmə sisteminin yaradılması və bu prosesdə vətəndaş iştirakçılığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Effektiv nəzarət mexanizmlərinin qurulması ictimai maraqların dövlət siyasətində prioritet kimi qorunmasına xidmət edən əsas şərtlərdəndir. Vətəndaşların qərarların qəbulunda iştirakı ictimai müzakirələr, sorğular və müxtəlif onlayn platformalar vasitəsilə təmin oluna bilər. Azərbaycanda bu məqsədlə fəaliyyət göstərən çoxsaylı elektron platformalar mövcuddur.

İctimai şuraların səlahiyyətlərinin genişləndirilməsi və onların fəaliyyətinin təkmilləşdirilməsi vətəndaş cəmiyyəti sektorunda aktual məsələ olaraq qalır. Bu şuraların işlək vəziyyətdə saxlanılması ictimai nəzarətin güclənməsinə və qərarların legitimliyinə töhfə verir. Hesabatlılıq və şəffaflıq prinsipləri isə bu sistemin ayrılmaz hissəsidir. Dövlət orqanlarının açıq məlumat siyasəti, hesabatlı idarəetmə, audit və monitorinqlər şəffaf əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Bu prosesdə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da fəal iştirakı vacibdir”.

Azər Allahverənov

Deputat qeyd edib ki, dövlət və vətəndaş maraqları arasında balansın qorunması demokratik idarəçiliyin əsas elementlərindən biridir:

“Effektiv nəzarət mexanizmləri, səlahiyyət bölgüsü və qərarvermə prosesində müxtəlif səviyyələrdə iştirak bu balansın qorunmasına şərait yaradır. Burada diqqət mərkəzində saxlanılmalı üç əsas prinsip var. Birincisi, subsidiyarlıq prinsipidir ki, qərarlar imkan daxilində vətəndaşa daha yaxın səviyyədə qəbul edilməlidir. Yerli idarəetmələr, QHT-lər, media və müxtəlif təşəbbüs qrupları bu prosesdə aktiv rol oynaya bilər. “İctimai iştirakçılıq haqqında” Qanun bu hüquqları qanuni şəkildə təsbit edir. İctimai razılaşma mexanizmi strateji qərarların qəbulunda, islahatların həyata keçirilməsində vətəndaşlar və ekspertlər arasında rəy mübadiləsinin təmin olunmasına yönəlib”.

A.Allahverənov vurğulayıb ki, məsuliyyətli idarəetmə yalnız hüquqi deyil, həm də ictimai etimad üzərində qurulmalıdır:

“Etik davranış kodeksi, maraqlar toqquşmasının qarşısının alınması və etik komissiyaların fəaliyyəti bu istiqamətdə mühüm rol oynayır. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri olduğum dövrə əsasən deyə bilərəm ki, dövlət qurumları ilə vətəndaşlar arasında birbaşa və maneəsiz əlaqələrin qurulması bu prinsipin praktik nümunəsidir. Elektron xidmətlərin keyfiyyətinin artırılması, “qaynar xətt” sisteminin effektiv fəaliyyəti və vətəndaş məmnunluğunun öyrənilməsi istiqamətində görülən işlər bunun bariz göstəricisidir. Məsələn, Dövlət Miqrasiya Xidməti 4 il ardıcıl olaraq “ASAN indeks” üzrə vətəndaş məmnunluğu göstəricilərinə görə dövlət qurumları arasında birinci yeri tutub. Bu nəticəyə nail olunmasında effektiv kommunikasiya və etik ünsiyyət mühüm rol oynayıb.

Dövlət qurumlarına edilən müraciətlər zamanı hüquqi izahatların sadə və anlaşılan dildə verilməsi, etik davranış prinsiplərinə əməl olunması, emosional balansın qorunması vətəndaş məmnunluğunu artırır. Hətta sorğunun nəticəsi mənfi olsa belə, vətəndaşın ona göstərilən münasibətdən razı qalması dövlət-vətəndaş münasibətlərində etimadın formalaşmasına xidmət edir. Nəticə etibarilə, dövlət və vətəndaş maraqları arasında balansın qorunması üçün şəffaflıq, hesabatlılıq, etik davranış və vətəndaş iştirakçılığı prinsiplərinin təmin olunması müasir idarəetmənin vacib tələblərindəndir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İctimai və dövlət maraqlarının müdafiəsi.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri