Icma.az
close
up
RU
Payızın izləri bazarlara necə təsir edib: Qiymətlər qalxıb, yoxsa ucuzlaşıb? FOTO

Payızın izləri bazarlara necə təsir edib: Qiymətlər qalxıb, yoxsa ucuzlaşıb? FOTO

Icma.az, Bizim media saytına istinadən bildirir.

Payızın gəlişi ilə şəhərin küçələrini nəmli və sarı-qəhvəyi örtük bürüyüb. Bu dəyişiklik yalnız küçələrə təsir etmir - bazarlara da öz təsirini göstərir.
Bizim.Media xəbər verir ki, Musavat.com “8-ci km” bazarında qiymətləri öyrənərək, alıcı-satıcılarla söhbət aparıb.
Göründüyü kimi, payız mövsümü həm təzə məhsul bolluğunu, həm də qiymət dəyişikliklərini özü ilə gətirib.
Bazara daxil olanda ilk diqqət çəkən şey meyvələrin rəngarəngliyi oldu. Nar bir manata, üzüm isə 1–2 manat arasında satılır.

Alıcılar deyir ki, narın qiyməti sabit qalıb, amma keyfiyyət baxımından əvvəlki illərlə müqayisədə daha yaxşıdır. Satıcıların sözlərinə görə, bu il məhsul bol olub, buna görə də qiymət çox yüksəlməyib.
“Qiymət elə də dəyişməyib, amma müştəri əvvəlki illərdəki qədər çox deyil”, - deyə nar satan bildirir.
Onun sözlərinə görə, havaların tez soyuması məhsula təsir etmir, lakin alıcı sayını azaldıb.
Tərəvəz bölməsində isə vəziyyət bir az fərqlidir. Pomidorlar 1,30 manatdan başlayır, ucuz olanlar isə hətta 60 qəpiyə də satılır. Lakin görünüşü və dadı daha qəşəng olanlar 4 manat 50 qəpiyə satılır. Badımcanın qiyməti 50 qəpikdən 1 manata qədər dəyişir, bibər isə 80 qəpikdir.
Alıcılar qeyd edirlər ki, pomidorun ucuz olanlarını bazarda görmək onları sevindirir, amma keyfiyyət fərqlidir.

“Pomidorun 60 qəpiyə olanını aldım, amma baxanda keyfiyyət bir az zəifdir”, - deyə alıcı bildirib.
Lobya 1,50–2,50 manat arasında dəyişir. Xiyar 80 qəpikdən 1,50 manatadək satılır.

Tərəvəz qiymətləri keçən illə müqayisədə nisbətən sabit qalıb, amma meyvələrdə kiçik dəyişikliklər müşahidə olunur.
Payızın gəlməsi ilə bazarda qış meyvələrinin də qiymətləri diqqət çəkir. Mandarin 1–1,50 manata, alma 1 manata, armud isə 1,50 manata satılır.
“Qızıl əhmədi” alma növünü 2 manata tapmaq mümkündür.

Göbələk 3 manata satılır. Satıcı qeyd edir ki, bu qiymət kifayət qədər sərfəlidir və məhsulun keyfiyyəti ilə uyğun gəlir.
“Hələ təzə və ləzzətli göbələkdir, buna görə də qiymət normaldır”, - deyə o əlavə edir.
Alıcılar isə payızın gəlişindən şikayətçi deyillər, əksinə, məhsul bolluğunu görüb razılıq bildirirlər.
“Hava soyuyub, amma meyvə və tərəvəz bolluğu var. Qiymət də normaldır, bazarlıq etmək olar”, - deyə alıcı vurğulayır.
Payızın bazarlara təsiri həm də məhsulların rəngində, dadında və keyfiyyətində hiss olunur. Narın qırmızı və şirəli, üzümün təzə və dadlı olması, badımcanın iri və sağlam görünməsi alıcının diqqətini çəkir.
Beləliklə, payız bazarlara həm rəng, həm dad, həm də qiymət baxımından öz izini qoyub.
Alıcılar həm ucuz, həm də keyfiyyətli məhsul almaq imkanı əldə edib. Satıcılar isə mövsümün gətirdiyi bol məhsuldan razıdır, lakin alıcı sayının azaldığını qeyd edirlər.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Oktyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri