Icma.az
close
up
RU
Əhalinin banklara inamı artır ARAŞDIRMA

Əhalinin banklara inamı artır ARAŞDIRMA

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ilin 11 ayında (yanvar-noyabr) Azərbaycandakı bankların faiz və onunla bağlı xərcləri bir milyard manatı keçib. Mərkəzi Bankdan bildirilib ki, 2024-cü ilin 11 ayında bankların cəmi faiz xərcləri bir milyard 91.2 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 813.4 milyon manat təşkil edib. Depozitlər üzrə faiz xərclərinin 703.4 milyon manatını müddətli əmanətlər üzrə ödənilmiş faiz məbləğləri təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 11 ayında Azərbaycandakı bankların cəmi faiz xərcləri 755.7 milyon manat, o cümlədən depozitlər üzrə faiz xərcləri 536.5 milyon manat, həmçinin müddətli depozitlər üzrə faiz xərcləri isə 450.4 milyon manat təşkil etmişdi. Qeyd edək ki, son aylar banklar depozitlər üzrə faizləri yüksəldiblər. Bəs banklar bu faizləri uzun müddət ödəmək imkanlarına malikdirlərmi?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İnflyasiya və oğurluqdan qorumaq üsulu

Bank məsələləri üzrə ekspert Emin Kərimovun sözlərinə görə, depozit faizlərinin artırılması vətəndaşları əmanət yerləşdirməyə təşviq edir: "Depozitlər bankların əsas vəsait mənbəyidir. Depozitlərin artması banka əlavə pul vəsaitinin daxil olmasına şərait yaradır. Depozitlərin artması bankın qısa və orta perspektivdə vəsaitlə təmin olunmasına zəmanət verir. Bank vətəndaşdan depoziti müəyyən faizlə qəbul edir. Bu vəsaitləri kreditlərə, investisiyalara yatıraraq gəlir əldə olunur. Əmanətlərin Sığortalanması Fondu ilə milli valyutada 12 faiz, xarici valyutada isə 3 faizə qədər olan əmanətlər sığortalanır. Əmanətlər etibarlı şəkildə qorunduğu və səmərəli olduğu üçün insanlar pullarını banklara yerləşdirməyə üstünlük verir. Bununla da əmanətlərini həm inflyasiya, həm də oğurlanmaq kimi fiziki təhlükədən xilas etmiş olurlar. Depozit bəzi vətəndaşların əsas gəlir mənbəyidir. Faizlərin yüksəldilməsi onları daha çox vəsait qoymağa təşviq edir. Bu, vətəndaşların rifah halının yüksəlməsinə də xidmət edə bilər".

Gələcəkdə daha da artırılması real deyil

E.Kərimov bildirib ki, banklar hər ilin əvvəlində strateji planlarını, gəlir və xərclərini ciddi şəkildə təhlil edirlər: "Depoziti qəbul edərkən onun gələcəkdə ödənilməsini öncədən hesablayırlar. Depozitləri qəbul edərkən, kreditləri verərkən qısa və ya uzunmüddətli strategiyalarına əsasən faizləri müəyyənləşdirirlər. Qlobal səviyyədə baş verən iqtisadi və sosial proseslər təhlil edilir. Faizlərin bu şəkildə qalıb-qalmayacağını təxmin etmək çox çətindir. Çünki baş verəcək hadisələr çox şeyi dəyişə bilər. Banklar gəlir və xərclərinin planlarını nəzərə alaraq depozitlər üzrə faizlərin qaytarılması mənbələrini müəyyən edirlər. Depozit qəbulu bundan sonra artıq icra olunur".

Ekspert gələcək dövr üçün əmanətlərin faizinin daha da artırılmayacağı qənaətindədir: "Depozit faizləri artırılsa da, 12 faizlik baryeri keçməsi mümkün deyil. Çünki sığortalanma məbləği nəzərə alınmalıdır. Əgər Əmanətlərin Sığortalanması Fondu faizləri artırmaq haqqında düşünərsə, banklar da depozit faizlərini daha çox artırarlar. Belə bir hal baş verərsə, kredit faizlərində də artım baş verəcək".

Mərkəzi Bank öz məqsədinə nail olub

İqtisadçı Xalid Kərimlinin fikrincə, hazırda banklar depozit faizləri ilə bağlı heç bir problem yaşamır: "Əgər banklar depozit faizlərini artırıbsa, deməli, verdikləri kreditlərin də faizinə dəyişiklik ediblər. Bankların həm gəlirlərində, həm də xərclərində artım var. Problemli kreditlər olsa da, hazırda həm vətəndaşlarımız, həm də şirkətlər kreditlərini ödəmək qabiliyyətinə malikdirlər. Problem o zaman yaranardı ki, xərclər artır, amma gəlirlər artmır. Amma bu, hazırda düz mütənasibdir".

X.Kərimli qeyd edib ki, depozit faizlərinin artırılması Mərkəzi Bankın apardığı siyasətin nəticəsidir: "Mərkəzi Bank ötən ilin sonlarında həm likvidlik əmsalına dair tələblər irəli sürdü, həm də bankların məcburi ehtiyat normasını artırdı. Əvvəl bu göstərici 1-2 faiz idisə, hazırda 20 faiz üzərindədir. Mərkəzi Bankın bu addımındakı məqsəd bank bazarında rəqabəti artırmaq idi. Böyük banklar da faiz xərclərini artırmış oldu. Beləliklə, insanlar banklara yönəlməyə başladılar. Nəticələrdən də görünür ki, Mərkəzi Bank öz məqsədinə nail olub".

"Təyin olunan faizi keçdikdə onlara xəbərdarlıq edilir"

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli bildirib ki, depozitlər qısamüddətli olduğu üçün hər hansı risk mövcud deyil: "Bankların depozit faizləri uzunmüddətli olmur. Maksimum iki ilə qədərdir. Bu səbəbdən, elə də böyük risk yoxdur. Bankların depozit faizlərini kortəbii şəkildə artırması mümkün deyil. Çünki kreditlərə tələbat azalarsa, vətəndaşın qoyduğu əmanəti ödəmək lazım olduqda, problemlər yarana bilər. Tək risk bankdan kredit götürən vətəndaşlarla problem yaşaması ola bilər. Hansı ki, müəyyən iqtisadi vəziyyətlərdə vətəndaş borcunu geri ödəyə bilmir, beləliklə, bank da çətin vəziyyətə düşür".

E.Qəriblinin sözlərinə görə, banklar depozit faizlərini Mərkəzi Bankın nəzarəti altında tənzimləyirlər. Nəzarətdən kənar addım olarsa, fəaliyyətlərini sonlandırmaq riskləri var: "Depozit xərcləri artanda banklar üçün kredit vermək bir az çətinləşir. Mərkəzi Bankın müəyyən etdiyi faizlər də var. Amma banklar görürlər ki, indiki halda kreditə tələbat çoxdur. Bu səbəbdən depozitlərlə bağlı narahat deyillər. Banklar Mərkəzi Bankın tabeliyində olduqları üçün nəzarətdədirlər. Təyin olunan faizi keçdikdə onlara xəbərdarlıq edilir. Əməl etmədikdə lisenziyaları əllərindən alınır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Yanvar 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see344

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see231

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see221

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see217

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see215

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see213

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see203

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see202

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see202

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see201

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see199

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see180

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see177

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see176

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see173

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see171

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see170

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see169

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see168

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri