Icma.az
close
up
RU
Əhalinin banklarda nə qədər əmanəti var? AMB sədri açıqladı

Əhalinin banklarda nə qədər əmanəti var? AMB sədri açıqladı

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Cari ilin 10 ayında bank sektorunun kredit portfeli 7% artaraq 29,4 milyard manata çatıb. Problemli kreditlərin ümumi portfeldə payı 2,7% təşkil edib. Bu da kredit portfelinin keyfiyyətinin yüksək olduğunu göstərir. Kredit portfelində biznes kreditlərinin payı 53% olaraq qalır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədrinin sözlərinə görə, 10 ayın nəticələrinə görə bank sektorunun 20,8 milyard manat kreditləşdirmə potensialı var ki, bu da real sektorun maliyyə resurslarına çıxış imkanlarının geniş olduğunu göstərir.

"Cari ilin 10 ayında bank sektorunun cəmi öhdəlikləri 10 ayda 6% artaraq 49,2 milyard manata çatıb, əmanətlər bu məbləğin 73,3%-ni təşkil edib. Əhalinin əmanətləri 15,5 milyard manat olub, bu da 8,7% artıma bərabərdir. O cümlədən müddətli əmanətlərdə 15%-lik artım müşahidə olunub. Son 3 ildə əhalinin müddətli əmanətləri orta hesabla hər il 22% artıb. Bu, həm əhalinin sosial rifah səviyyəsinin yaxşılaşdığını, həm də bank sisteminə olan inamın yüksək olduğunu göstərir”.

T.Kazımov qeyd edib ki, Azərbaycan iqtisaidyyatı sabit və dayanıqlı inkişaf etməkdə davam edir: "Yeni qlobal reallıqların formalaşdığı şəraitdə 2025-ci ilin 10 ayında ölkə iqtisadiyyatında artım davam edib. Ölkənin strateji valyuta ehtiyatları cari ilin 10 ayı ərzində 16,2 faiz artaraq 82,5 milyard ABŞ dollarına çatıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına kifayət edir. Cari ilin oktyabr ayında 12 aylıq inflyasiya 5,9 faiz təşkil edib, ərzaq inflyasiyası 8,2%, qeyri-ərzaq qiymətləri 2,5 faiz artıb. İllik baza inflyasya 5% olub".

Anar Kəlbiyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Noyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri