Icma.az
close
up
RU
ƏHALİNİN NƏZƏRİNƏ: Azərbaycanda bu yağların qiyməti kəskin bahalaşacaq KONKRET

ƏHALİNİN NƏZƏRİNƏ: Azərbaycanda bu yağların qiyməti kəskin bahalaşacaq KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya hökuməti daxili bazarda sabitliyi qorumaq məqsədilə günəbaxan yağı və toxumunun ixracına yeni vergi dərəcələri tətbiq etməyi planlaşdırır. Nəzərə alsaq ki, ölkəyə günəbaxan yağı daha çox Rusiyadan idxal olunur, bu zaman tətbiq olunan ixrac məhdudiyyətləri və qiymət artımları Azərbaycanın daxili bazarına necə təsir göstərəcək?.

Mövzu ilə bağlı iqtisadçı Elman Sadıqov KONKRET.az-a açıqlamasında bildirib ki, əgər Rusiya günəbaxan yağı və toxumlarına vergi tətbiq etsə, əlbəttə ki, qiymət artımı ilə nəticələnə bilər.

“Hətta növbəti mərhələlərdə müəyyən limitlərin də qoyulması istisna deyil. Hər bir ölkə özünü bütün məhsullarla tam olaraq təmin edə bilməz. Amma hər bir halda günəbaxan, qarğıdalı yağı strateji əhəmiyyətli məhsullardır. Strateji əhəmiyyətli məhsulların heç olmasa 15-20 faizi ilkin mərhələdə ölkədə becərilməlidir. Onların ölkə daxilində xammal kimi təyin olunması əlbəttə məqsədə uyğundur. Beləcə ciddi şəkildə idxaldan asılılığı aradan qaldırmış olarıq.”

İqtisadçı qeyd edir ki, bu vəziyyət bizim üçün siqnaldır.

“Nəzərə almalıyıq ki, sonrakı dövrdə bu hal zəncirvari reaksiyaya dönüşəcək. Çünki ola bilməz ki, qlobal iqtisadiyyatda bir və ya bir neçə ölkə protest siaysət tətbiq etsin, digər dövlətlər isə yox. Çünki bu halda, həmin ölkələrin iqtisadiyyatı güclü zərər görər. Ona görə də hər bir ölkə məqsədli şəkildə strateji plan qəbul etməlidir. Həmin strateji plana uyğun olaraq, strateji əhəmiyyətli məhsullarla bağlı qərar verilməlidir. Bunun başqa yolu yoxdur.”

Elman Sadıqov vurğulayıb ki, ciddi qiymət artımları və yaxud da idxal təzyiqi ilə üzləşə bilərik.

“Artıq müəyyən gedişatdan bu hallar bəllidir. Təhlillərin, statistik göstəricilərin burada əks olunması vacibdir.”

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri