Icma.az
close
up
RU
Əhaliyə ÇAĞIRIŞ O həkimlərə inanmaq olarmı?

Əhaliyə ÇAĞIRIŞ O həkimlərə inanmaq olarmı?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Bu ilin iyul ayı ərzində Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 29 həkim və 12 tibb bacısı barədə müvafiq maddələrə əsasən protokollar tərtib edilib. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, ötən ay özəl tibb müəssisələrində ümumilikdə 39 yoxlama aparılıb. Həmin yoxlamalardan 32-si hüquqi şəxsə, 7-si isə fiziki şəxsə məxsus obyektlərdə keçirilib. Yoxlamalar zamanı müxtəlif sahələr üzrə nöqsanlar aşkarlanıb. Aşkar olunmuş pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə müvafiq quruma göndərilib.

Bununla yanaşı, keçən ay aparılmış yoxlamalar nəticəsində 13 stomatoloq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib. Həmçinin aparılmış yoxlamalar zamanı plastik cərrahiyyə ilə bağlı 2 ümumi-cərrah barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib.

Ümumiyyətlə, son dövrlər bu yöndə addımlar atılsa da, problemin köklü həlli müşahidə olunmur. Niyə məsələ birdəfəlik aradan qalxmır? Vətəndaşlar lisenziyası olmayan həkimlərə etibar edə bilərmi? Əsas məsələ isə budur - həmin həkimlər peşəkardımı?

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a bildirib ki, bu kimi faktlarla vaxtaşırı rastlaşılır: “O cümlədən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu prosesi davamlı nəzarətdə saxlayır, müvafiq yoxlamalar aparır və onların nəticələrini ictimaiyyətlə bölüşür. Təəssüf ki, bu tipli hallar hələ də davam edir.

Amma qeyd etmək istərdim ki, bu faktların sayı ciddi şəkildə azalıb. Çünki əvvəlki illərdə, ümumiyyətlə, lisenziyalaşdırılmış və sertifikatlaşdırılmış fəaliyyətə xüsusi önəm verilmirdi, bu məsələ xüsusilə diqqət mərkəzində deyildi. Ona görə də belə faktlar nə çox qeydə alınır, nə də ictimaiyyətlə bölüşülürdü. Lakin bu gün artıq məsələ gündəmdədir və sertifikatlaşdırmanın özü belə son illərin məhsuludur. Aparılan yoxlamalar da təbii ki, həmin qərarların həyata keçirilməsini təmin etmək məqsədi daşıyır”.

Həkim qeyd edib ki, dünyanın bütün ölkələrində davamlı olaraq lisenziyasız, icazəsiz fəaliyyət göstərməyə meyl edən insanlar olur: “Başqa ölkələrə gedəndə də tibbin hansısa sahəsi ilə məşğul olan insanların öz praktikalarını qanunsuz və qaydasız şəkildə, hətta ev şəraitində quraraq pasiyent qəbul etdiklərinin şahidi oluruq. Bu hallara davamlı olaraq rast gəlinir və bununla bağlı məlumatlar var.

Lakin bu gün artıq məsələ daha mərkəzləşdirilmiş şəkildə Səhiyyə Nazirliyi və onun müvafiq qurumu tərəfindən nəzarətə götürülüb. Bu istiqamətdə ciddi təlimatlar və qaydalar müəyyənləşdirilib və artıq həmin çərçivələr daxilində fəaliyyət göstərmək lazımdır. Bu yeni qaydalara uyğunlaşmaq mütləqdir. Düşünürəm ki, aparılan yoxlamalar, müəyyən cəzaların tətbiq olunması, o cümlədən bu nümunələrin ictimaiyyətlə paylaşılması həm də maarifləndirmə kimi qəbul olunmalıdır.

Bundan sonra insanlar mövcud neqativ hallardan nəticə çıxararaq, yəqin ki, mümkün qədər bu yola baş vurmayacaqlar. Əgər belə hallar baş verəcəksə, təbii ki, onlar da müvafiq qurumlar tərəfindən vaxtaşırı aşkarlanaraq lazımi tədbirlər görüləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Avqust 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri