Icma.az
close
up
RU
Əhaliyə dəhşətli istilərlə bağlı XƏBƏRDARLIQ EDİLDİ: Bakıda görünməmiş TEMPERATUR

Əhaliyə dəhşətli istilərlə bağlı XƏBƏRDARLIQ EDİLDİ: Bakıda görünməmiş TEMPERATUR

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

İyul ayının ortaları olsa da, artıq bir neçə gündür ki, ölkə ərazisində havalar kəskin şəkildə istiləşib. 13 iyul saat 18:00-a olan rəsmi məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 34–38 dərəcə, Aran rayonlarında isə 40 dərəcəyədək qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında da temperatur 38 dərəcəyə çatıb. Dağlıq rayonlarda isə nisbi sərinlik müşahidə olunsa da, temperatur 31 dərəcə ətrafında olub.

Hava daha da isinə bilərmi və yaxın günlərdə hansı təhlükəli temperatur göstəriciləri gözlənilir?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov News24.az-a açıqlamasında deyib ki, bu artım qlobal iqlim dəyişikliyinin birbaşa nəticəsidir və qarşıdakı dövrdə temperaturun bəzi bölgələrdə 40 dərəcəni keçməsi istisna olunmur:

"Bir neçə gün öncəyə qədər iyul ayı üçün qeyri-adi şəkildə sərin hava müşahidə olunub. Bu isə iqlim norması baxımından anormal haldır. İqlim dəyişiklikləri hər il davam edir və bu proseslər havanın daha da istiləşməsinə səbəb olur. Əslində bir neçə gün öncəyə qədər iyul ayı çox sərin keçirdi, bu normal deyildi. İyun–iyul aylarında bizdə sərin olanda Avropada, xüsusilə də Skandinaviyada 30–35 dərəcə isti qeydə alınırdı. Halbuki, Skandinaviyada bu cür temperatur adətən payız aylarında belə olmur",

Amin Məmmədov əlavə edib ki, iqlimdəki dəyişkənlik təkcə temperatur artımı ilə məhdudlaşmır, həm də hava dövranlarında pozuntular, lokal istilik dalğaları və quraqlıq riski ilə müşayiət olunur. Bu baxımdan, ölkə üzrə xüsusilə Bakıda, Abşeronda və Aran bölgəsində avqust ayında daha kəskin istilər gözlənilir:

“Avqust ayında temperaturun daha da artacağı proqnozlaşdırılır. Bakıda və bölgələrdə daha isti hava şəraitinin şahidi olacağıq. Ehtimal olunur ki, bəzi günlərdə temperatur 41–42 dərəcəyə qədər yüksəlsin. Bu isə açıq havada çalışan vətəndaşların sağlamlığı baxımından risk yaradır. Ümumdünya Meteorologiya Təşkilatı və digər beynəlxalq qurumlar bu il üçün rekord temperatur göstəricilərinin qeydə alındığını, dünyanın bir çox bölgəsində quraqlıq, meşə yanğınları və isti hava dalğalarının artdığını bildirir. Azərbaycanda da iqlim norması dəyişməkdədir və bu dəyişiklik ekosistem, kənd təsərrüfatı və su ehtiyatları üzərində öz təsirini göstərir".

Qeyd edək ki, mütəxəssislər günorta saatlarında, xüsusilə saat 12:00–17:00 arası birbaşa günəş şüalarından uzaq durmağı, bol su qəbul etməyi, qapalı və kölgəli məkanlarda olmağı tövsiyə edirlər. Həssas qruplara – yaşlılar, uşaqlar və xroniki xəstəliyi olanlara isə xüsusi diqqət yetirilməsi vacib sayılır.

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 İyul 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri