Icma.az
close
up
RU
Əhaliyə şad xəbər: maaş və pensiyalar artacaq Bu tarixdə

Əhaliyə şad xəbər: maaş və pensiyalar artacaq Bu tarixdə

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycanda 2026-ci ilin yanvar ayında əməkhaqqı və pensiyaların artımı ilə bağlı gözləntilər yüksəkdir. Paralel olaraq, digər sahələrdə də bahalaşmanın olacağı müzakirə edilir.

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, hər il Azərbaycanda əmək pensiyalarında müəyyən faizlə indeksləşmə həyata keçirilir və artım olur:

“Məsələn, 2025-ci ilin yanvar ayında pensiyalarda 8.1 faiz artım müşahidə olundu. Bu, mövcud inflyasiya nəzərə alınmaqla aparılır. Rəsmi inflyasiya təxminən 7 faiz olduğu halda, belə qərar verilib. Lakin orta statistik vətəndaş da qiymətlərin rəsmi inflyasiya göstəricilərindən yüksək olduğunu görür. Məsələn, əvvəllər 16 manata olan yağ indi 22-25 manata satılır, quzu ətinin qiyməti isə 25 manata qədər qalxıb. Belə hallar vətəndaşların büdcəsinə ciddi təsir edir və diqqətə alınmalıdır”.

Asif İbrahimov

İqtisadçı xatırladıb ki, 2025-ci ildə də minimum əməkhaqqı və pensiya məbləği artırıldı:

“Növbəti il də gözlənilir. Minimum həyat standartları nəzərə alınmalıdır. Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra sosial təminatla bağlı müəyyən tələblərə uyğunlaşmalıdır. Məsələn, Avropa standartlarına görə, orta əməkhaqqının minimum maaşa nisbəti 60 faizdən aşağı olmamalıdır. Ölkəmizdə bu göstərici təxminən 36-37 faizdir, yəni Avropa standartlarından geri qalmaq deməkdir. Standartlara uyğunlaşmaq üçün minimum əməkhaqqı 550 manat və daha çox olmalıdır”.

A.İbrahimov kommunal xitmətlərdə də qiymət artımının qaçılmaz olduğunu bildirib:

“Bu il istilik, su və dizel yanacağının qiymətlərində dəyişikliklər baş verdi, mümkün artımlar da bu reallığa uyğun tənzimlənməlidir. 2026-cı ilin yanvar ayında hökumətin əmək pensiyaları barədə qərar verəcəyinə şübhə yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri