İsveçrə ordusunun baş komandanı: Rusiyadan özümüzü müdafiə edə bilməyəcəyik
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
İsveçrə genişmiqyaslı hərbi hücumdan özünü müdafiə edə bilməyəcək. Rusiyadan artan təhlükə qarşısında müdafiə xərclərini artırmalıyıq.
Moderator.az xəbər verir ki, bunu İsveçrə Ordusunun Baş Komandanı Tomas Süssli "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində bildirib.
Züssli həmçinin İsveçrə ordusunun silahlanmasında ciddi problemlərə də toxunub. Onun sözlərinə görə, silahlı qüvvələrdə avadanlıq və təchizat çatışmazlığı hələ də mövcuddur.
"Fövqəladə vəziyyətdə bütün əsgərlərin yalnız üçdə birinin tam təchiz olunacağını düşünmək qorxuludur. Dürüst olmalıyıq. Əgər ictimaiyyət və siyasətçilər ordunun özünü qorumaq qabiliyyətinə inanmırlarsa, düz edirlər”, - Baş Komandan qeyd edib.
O həmçinin İsveçrənin müharibəyə laqeyd yanaşmasını üç amillə izah edib: "Birincisi, İsveçrə torpağında sonuncu müharibə təxminən 180 il əvvəl baş verib. Bu, 1847-ci il Zonderbund müharibəsi idi. Buna görə də, məsələn, Estoniya və ya Polşadan fərqli olaraq, müharibələr haqqında kollektiv yaddaşımız yoxdur. İkincisi, Ukraynadakı müharibə çoxlarına uzaq görünür, amma əslində bizimlə Ukrayna arasında yalnız iki ölkə var: Macarıstan və Avstriya. Üçüncüsü, neytrallığın avtomatik olaraq qorunma təmin etdiyi barədə bir fikir var, lakin bu, yanlışdır. Silahsız olan və müharibəyə cəlb edilən bir neçə neytral ölkə var. Neytrallığın dəyəri yalnız silahla müdafiə oluna biləcəyi təqdirdə olur".
Qeyd edək ki, İsveçrə Ukraynadakı müharibədə neytral qalmağa çalışır və hər cür müdaxilədən çəkinir. Bu yay İsveçrə Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinə qoşulub.
(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 27 Dekabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















