Dövlətimizin başçısının idman ictimaiyyətinin nümayəndələri ilə mütəmadi görüşləri onları yeni qələbələrə ruhlandırır ŞƏRH
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunub, bu sahədə kompleks yanaşmaya əsaslanan institusional islahatlar həyata keçirilib. Ötən illər ərzində idman infrastrukturunun təkmilləşdirilməsi, müasir olimpiya idman komplekslərinin tikilməsi, federasiyaların fəaliyyətinin gücləndirilməsi və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən ardıcıl tədbirlər Azərbaycanı beynəlxalq miqyasda idman ölkəsi kimi tanıdıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.
O bildirib ki, idmanın inkişafı yalnız fiziki sağlamlığın deyil, həm də sağlam düşüncənin, milli birliyin və vətənpərvərlik ruhunun təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu strateji yanaşma nəticəsində Azərbaycan idmançıları olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında nümunəvi çıxışlar edərək ölkəmizin bayrağını ən uca zirvələrə qaldırır, qazanılan parlaq qələbələr idman tariximizdə yeni səhifələr açır.
Mircəlil Qasımlı vurğulayıb ki, dövlətimizin başçısının idman ictimaiyyətinin nümayəndələri, o cümlədən idmançılarla mütəmadi görüşləri ölkə Prezidentinin idmanın inkişafına göstərdiyi diqqətin bariz təzahürüdür. Hər il idman yekunlarına həsr olunan mərasimlərdə iştirak edən Prezident İlham Əliyev fərqlənən idmançılara və məşqçilərə mükafatları şəxsən təqdim edir, idman ictimaiyyətinin nümayəndələri qarşısında çıxış etməsi atletlərimizi yeni-yeni qələbələrə ruhlandırır.
Cari ilin ölkə idmanı üçün də böyük nailiyyətlərlə yadda qaldığını söyləyən deputat deyib: “Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında qeyd etdiyi kimi, bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Əlbəttə ki, bu, Azərbaycan idmanının inkişafının təzahürüdür. Dövlətimizin uğurlu idman siyasətinin parlaq nəticəsidir”.
Mircəlil Qasımlı bildirib ki, dövlətimiz paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də idman infrastrukturunun inkişafını diqqət mərkəzində saxlayır. Təsadüfü deyil ki, III MDB Oyunları üzrə yarışlar ölkəmizin yeddi şəhərində - Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndidə yüksək səviyyədə keçirildi. Bu tədbir Azərbaycanın idman potensialını bütün dünyaya göstərdi.
“Azərbaycan bu gün özünün inkişafının yeni mərhələsində inamla addımlayır. Vətən müharibəsində və antiterror əməliyyatında qazanılan parlaq qələbələr ölkəmizə beynəlxalq miqyasda hörmət və ehtiramı daha da artırıb. Təbii ki, idmançılarımız tərəfindən əldə olunan bu uğurlar qalib Azərbaycanın idman ölkəsi kimi mövqelərinin möhkəmlənməsinə töhfə verir”, - deyə M.Qasımlı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 Dekabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















