ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyəti, bir sıra rayon təşkilatlarının sədrləri və üzvləri, həmçinin partiya rəhbərliyində təmsil olunan digər şəxslər milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını doğum günü münasibətilə ziyarət ediblər.
ƏHD Partiyası mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, partiya rəhbərliyi və üzvləri Əbülfəz Elçibəyin məzarının önünə əklil və gül dəstələri qoyublar.
ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin həyat yolu, Azərbaycan tarixində oynadığı rol, ideyalarının əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra Əbülfəz Elçibəyin ruhuna fatihə oxunub.
Xatırladaq ki, iyunun 24-ü Əbülfəz Elçibəyin anadan olmasının 88-ci ildönümüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 24 İyun 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















