Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüşüb FOTOLAR
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri, 67 saylı Sabirabad Seçki Dairəsi üzrə Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Sabirabad rayonunda seçiciləri ilə görüşüb, onların müraciətlərini dinləyib.
Modern.az xəbər verir ki, deputat seçiciləri fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Müraciətlər əsasən vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əmək pensiyaları ilə bağlı, ev və işlə təmin olunması, əfv məsələləri və digər sosial məsələlərlə bağlı olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb. 67 saylı Sabirabad Seçki Dairəsinin seçiciləri deputat Əhliman Əmiraslanova seçicilərin problemlərinin həll olunmasında köməkliyinə, o cümlədən rayonun sosial və infrastruktur probləmlərinin həllində yaxından iştirakına, xüsusilə, kənd yollarının təmiri və asfaltlanmasının dövlət proqramına daxil edilməsi və icrasının surətləndirilməsi təşəbbüslərinə görə təşəkkür etdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 07 Sentyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















