Əhməd Davudoğlu: Qəzza zolağını referendum yolu ilə Türkiyəyə birləşdirmək lazımdır
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu (müxalif "Gələcək" partiyasının lideri) Qəzza zolağına Türkiyənin muxtar bölgəsi statusunun verilməsi təklifi ilə çıxış edib.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, o, ABŞ-nin Qəzza zolağını nəzarət altına alacaqlarını və onun bərpasına görə cavabdeh olacaqlarını bəyan etmiş Prezident Donald Trampın planlarını tənqid edib.
"Türkiyə Osmanlı dövlətinin qanuni varisi kimi, Qəzza zolağının sakinlərinə ortaq tariximiz kimi yanaşmalıdır. Nə qədər ki, Fələstin dövləti yaradılmayıb, qoy Qəzza zolağının sakinləri referendum keçirsinlər və muxtar bölgə qismində Türkiyəyə birləşsinlər", - deyə Ə.Davudoğlu vurğulayıb.
Baxış sayı:138
Bu xəbər 12 Fevral 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















