Icma.az
close
up
RU
Əhməd Əlirzabeygi, Əkbər Ələmi, Nadir Qazipur: Bu adları yadda saxlayın, gərək olacaq AÇIQLAMA

Əhməd Əlirzabeygi, Əkbər Ələmi, Nadir Qazipur: Bu adları yadda saxlayın, gərək olacaq AÇIQLAMA

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“İsrailin İrana qarşı hava zərbələri, SEPAH generallarının öldürülməsi və ABŞ-nin İranın nüvə obyektlərinin vurulması gözlənilən idi”. 

Bu sözləri Güney Azərbaycan üzrə arşdırmaçı jurnalist Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Donald Tramp ABŞ Prezidenti seçiləndə ABŞ-İsrail ittifaqının “İran düyünü”nü birdəfəlik həll etmək istəyəcəyi bəlli idi: 

“Çünki məlumat var idi ki, İran nüvə silahı əldə etməyə çox yaxındır. 

İranın getdikcə təhlükəli gücə çevrilməsi Qərbdə narahatlıqla izlənilirdi. Öncə İranın Yaxın Şərqdəki proksi qüvvələrinə zərbələr endirildi. Sonra da Suriya Tehranın nəzarətindən çıxarıldı. Üstəlik, “Hizbullah” lideri Həsən Nəsrallah və HƏMAS rəhbəri İsmail Haniyə öldürüldü. İlin əvvəli Tramp Prezident vəzifəsinin icrasına başlayanda bilinirdi ki, İsrailin əl-qolu açılacaq və İran son zərbəni alacaq”. 

Ekspert hesab edir ki, artıq 2 həftədir davam edən İsrail-İran toqquşmaları məntiqi sonluğuna yaxınlaşır: “ABŞ İranın 3 nüvə mərkəzini məhv edib, Tehranın hava məkanı isə İsrailin nəzarəti altındadır. 

SEPAH-ın bütün generalları məhv edilib və İranın dövlət qüruru sındırılıb. 46 illik molla rejimi hələ tarixində bu qədər nüfuz itkisi ilə rastlaşmamışdı. İş o yerə çatıb ki, artıq Ağ Evdə İranda mümkün rejim dəyişikliyindən danışırlar. 

Əslində, Trampın rejim dəyişikliyi ilə bağlı sözlərində həqiqət var. İranın hakim vilayəti - fəqih sisteminin “xarizması cizilib” və rejimin qırmızı cizgiləri tapdalanıb. Bu gün hərbi əməliyyatlar dayansa belə İranda rejimi qoruyub saxlamaq mümkün olmayacaq. Xameneyi rejimi artıq tarixin küllüyünə doğru yola çıxıb. Bəs molla rejimindən sonra İranın taleyi necə olacaq? İndi bu çoxlarını bu sual düşündürür”. 

Elman Cəfərlinin sözlərinə görə, İranın parçalanması haqqında deyilənlər o qədər də real görünmür: “İranda rejim dəyişə bilər, ancaq mütləq mərkəzi hakimiyyət qalacaq. Böyük ehtimalla, yeni rejim sekulyar sistemə əsaslanacaq. 

Yəni devrilən dini rejim teokratiya olacaq. Hazırkı rejim daxilində islahatçılar qanadının bir müddət ölkəni idarə edəcəyi gözlənilir. Türklərin isə yeni hakimiyyətdə ağırlığı artacaq. Ola bilər ki, ölkədə türk dili ikinci rəsmi dil elan olunsun”. O qeyd edib ki, mövcud proseslər fonunda Güney Azərbaycanda hansısa siyasi rejimin yaranması zəif ehtimaldır: 

“Çünki İran boyda dövlətdə siyasi ağırlığı olan qüvvələr fəaliyyətlərini niyə dar bir məkanla məhdudlaşdırsınlar ki? Amma mühafizəkar qüvvələr, şovinist dairələr “kürd kartı”nı işə salsalar, o zaman Güneydə hadisələr başqa istiqamətdə cərəyan edəcək. Özünüqoruma instintiki xalqı ayaqlandıracaq və Təbrizdə müstəqil siyasi iqtidarın yaranmasına doğru addımlar atılacaq. 

O halda isə proseslərin önündə bir zamanlar İran parlamentində ana dilinə azadlıq tələb etmiş Əhməd Əlirzabeygi, Əkbər Ələmi, Nadir Qazipur kimi siyasi fiqurlar olacaq. Biz indidən o adamlarla işləməyə başlamalıyıq. Rəsmi qurumlar əlaqə saxlaya bilmir, bəs vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri niyə passivdir?” 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Bunla verərsən ölçünü 400 vermə onda kəsəndə keyfiyyət itir çünki

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri